TELEFON

Mobil telefonlar: zərurət, yoxsa təhlükə?

Baxış sayı: 290

Məlum olduğu kimi, mobil telefonlar gündəlik həyatımızda ən çox işlətdiyimiz texnoloji alətlərdən birinə çevriliblər. Bunu da unutmayaq ki, həddindən artıq “dəyər” verdiyimiz bu texnoloji alətlərin nə qədər xeyirli tərəfi varsa da, bir o qədər də ciddi və təhlükəli tərəfləri var.

İnsanlar gündəlik olaraq təxminən dörd saat mobil telefondan istifadə edirlər. Bəzi hallarda bu rəqəm hətta 10-a kimi qalxa bilir. Telefondan istifadə zamanı səhv formada dayanmaq və oturmaq onurğa sütununda kifayət qədər ciddi zərərlərə gətirib çıxara bilər. Məsələ ondadır ki, başınızı aşağı sallayaraq onurğa sütununun yükünü artırmış olursunuz.  Telefonda daha çox vaxt keçirən insanların qozbelə çevrilmək ehtimalı daha çoxdur. Odur ki, qədd-qamətiniz barədə düşünməyə dəyər.

Saatlarla gözlərinizi “mavi ekran”lara yönləndirərək, boyunu əyri və aşağı istiqamətdə saxlayaraq mesaj yazmaq çiyin, boyun və baş ağrılarına səbəb olur. Telefona baxmaq üçün qabağa əyildikdə başın ağırlığı onurğaya əlavə yük salır ki, bu da müəyyən ağrılara səbəb olur. “Ağıllı” telefonla çox yazı yazmaq ya da davamlı oyun oynamaq bilək və barmaq toxumalarını yorduğu üçün ağrılara səbəb ola bilər. Sözsüz ki, bütün bunlar kifayət qədər ağır fəsadlara gətirib çıxarır. Odur ki, telefonda hər hansı mətn oxuyarkən son dərəcə diqqətli olun, başınızı çox aşağı əyməyin, qaməti isə düz saxlayın. Bütün yükün onurğa sütununa düşməməsi üçün telefonu maksimum yuxarıda tutmağa çalışın.

Telefonun batareyasını doldurmaq üçün boş otaq seçməyiniz  həm sizin, həm də ailə üzvlərinizin sağlamlığı üçün daha məsləhətlidir. Telefonunuz elektrik  cərəyanında olan zaman ondan istifadə etməyin. Bu, həm sizin, həm telefonunuz üçün çox zərərlidir.

Hamiləlik müddətində mobil telefondan çox az, daha yaxşı olar ki, ümumiyyətlə,  istifadə edilməsin. Əks halda bu, dünyaya gələcək uşağın əqli, psixoloji, fiziki sağlamlığı üçün ciddi fəsadlar yaradacaq. Erkən yaşda mobil telefon və radiasiya yayan cihazlara məruz qalan uşaqların zəka inkişafının daha az olduğu iddia edilir. 12 yaşından etibarən inkişafın başlaması və 21 yaşına qədər davam etməsini araşdıran mütəxəssislər bu yaş aralığında mobil telefon istifadə etməməyi məsləhət görür. Artan radiasiya, şüa, gələcək nəsillər və yeni doğulacaq uşaqlarda bəzi xəstəliklə yaradacaq.

Mütəxəssislərin fikrincə, əgər mobil telefon vacib lazımdırsa, onu özünüzdən uzaq tutaraq, qısa müddət ərzində  istifadə etmələsiniz, amma, gecə yatanda başınızın altına əsla qoymayın. Çünki gecə boyunca alacağınız radiasiya zamanla ürək xəstəliyi, təzyiq və s. kimi xoşagəlməz hallar yaranacaq.

telefonlar

Nömrə yığarkən və ya şəbəkə axtarışı vaxtı mobil cihazı qulağınızın yanında saxlamayın. Mobil telefonu zəngə cavab verildikdən və ya şəbəkə tapıldıqdan sonra qulağınıza tutsanız  daha yaxşı olar. Danışıq zamanı  telefonu tutduğunuz qulağınızı dəyişin. Telefonu üç ildə bir dəfə yeniləyin. Çünki yeni aparatlar daha da zərərsiz olur.

Gözü, kiçik ölçülü şriftlərdən ibarət olan ekrana saatlarla zilləyərək oyunlar oynamaq, ismarıclar yazmaq görmə qabiliyyətini aşağı salır baş ağrıları yaradır. Şüanın təsirindən gözdə quruluq, qızartı əmələ gəlir, göz qapaqlarını açıb-bağlayarkən narahatlıq hissi yaranır. Ümumiyyətlə, mobil telefondan istifadə yetkinlik yaşına çatmayanlarda göz zəifliyinə meyil yaradır.

“Ağıllı” telefonların vurduğu ziyanlardan biri də yuxusuzluq problemidir. Biz çoxlarımız istirahət edən zaman belə, onlardan ayrıla bilmədiyimizə görə yata bilmirik. Yuxu pozulmalarının qarşısını almaq üçün yatmadan bir, hətta mümkünsə iki saat öncə televizor, kompyuter, telefon və tablet ekranlarından uzaq dayanmaqdır.

Yəqin ki, siz də bunun şahidi olmusunuz ki, sürücülər maşın sürən zaman mobil telefonla danışırlar. Çox təəssüf ki, bu insanlar bununla nəinki özlərinin, hətta başqalarının həyatını belə təhlükəyə atırlar.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir