MODA

Modadan bəhs edən 10 ən yaxşı film – FOTOLAR

Baxış sayı: 1. 471

Məşhur dəb ikonlarının həyatını əks etdirən, trendlər və stil barədə bizə nümunə olan bir çox moda filmləri var. Hər bir dəbli qadının baxmalı olduğu 10 filmi təqdim edirik:

 

“Şeytan Prada geyinir”

Baş rollarda Meril Strip və Enn Heteueyin çəkildiyi film Amerikanın dəb paytaxtı Nyu-Yorkda yüksək nüfuzlu jurnalın ofisində baş verən hadisələrdən bəhs edir. Eyni adlı əsərin yazıçısı Loren Vaysberqer vaxtı ilə “Vogue” jurnalında Anna Vinturun şəxsi assistenti işləyib və filmdəki “Runway” jurnalı “Vogue”un, baş redaktor Miranda Pristli isə Anna Vinturun protopitidir. Dəbsevərlər bu filmdə bir-birindən maraqlı və şıq ofis geyimlərini nümunə götürə bilərlər.

Büronun seçimi: modadan bəhs edən 10 film

“Böyük şəhərdə seks”

“Böyük şəhərdə seks” filmdən çox dəfiləyə bənzəyir. Nyu-Yorkda yaşayan, uğurlu karyeraları olan dörd qadının sevgi və seks üzərində qurulmuş hekayələrindən bəhs olunur. Filmin ən ikonik paltarlarından biri Kerri Bredşounun Vivien Vestvud tərəfindən dizayn edilmiş gəlinliyidir.

Büronun seçimi: modadan bəhs edən 10 film

“Şopaqolikin etirafları”

Rebekka Blumvudun yüzlərlə paltarı, ayaqqabısı olsa da, alış-veriş etməkdən özünü saxlaya bilmir. Şopaqolikliyi onu çoxlu borc almağa və yalan danışmağa məcbur edir. Rebekka kimi alış-veriş sevənlərə bu filmi izləmək tövsiyyə olunur.

Büronun seçimi: modadan bəhs edən 10 film

“Koko Şaneldən əvvəl”

Moda tarixinin axarını dəyişdirən dizayner Koko Şanelin bioqrafiyasını əks etdirən film 2009-cu ildə çəkilib. Fransız aktrisa Odri Totu Şanelin dərzilik etdiyi, kabaredə rəqs edib mahnı oxuduğu illəri, eləcə də ehtiraslı sevgi hekayəsini tamaşaçıya ən mükəmməl formada təqdim edə bilib. Filmdə Şanelin dəbdə ikon halına gəlmiş zolaqlı köynəkləri, ağ yaxalıqları, balaca qara paltar ideyalarının necə yarandığı da göstərilir.

Büronun seçimi: modadan bəhs edən 10 film

“Tiffanidə səhər yeməyi”

“Balaca qara paltar”ın müəllifi Koko Şanel olsa da, onu 40 il sonra trendə çevirən Odri Hepberndir. Filmdə geyindiyi “Givenchy” imzalı paltar 2006-cı ildə keçirilən hərracda 920 min dollara satılıb. 1960-cı illərin dəbini anlamaq üçün bundan yaxşı film tapmaq çətindir. “Tiffanidə səhər yeməyi”ndən sonra qara rəngi sevməyən dəb sevərlər də qarderoblarınd dəyişiklik edəcəklər.

Büronun seçimi: modadan bəhs edən 10 film

“Fabrik qızı”

Endi Uorholun dəb industriyasına təsiri az olmayıb. Bu film Uorholun çəkilişlərində iştirak edən və “Fabrik” adlı studiyasına tez-tez qonaq olan aktrisa Edi Sedjvikin modellik yolunu əks etdirir.

Büronun seçimi: modadan bəhs edən 10 film

“Enni Holl”

Vudi Allenin çəkdiyi və baş rolunu ifa etdiyi “Enni Holl” romantik komediyası bir cütlüyün münasibətə başlaması və bitirməsini əhatə edir. Filmdə Enni rolunun ifaçısı Dayan Kitonun hündür belli şalvarları, iri papaqları, feminen jiletləri olduqca şıqdır. Burada 70-ci illərin dəbi əksini tapıb.

Büronun seçimi: modadan bəhs edən 10 film

Büronun seçimi: modadan bəhs edən 10 film

“Sentyabr buraxılışı”

2007-ci ildə baş redaktoru Anna Vintur olan “Vogue” Amerika nəşri jurnal tarixinin ən qalın buraxılışını hazırlamağı planlaşdırıblar. Jurnalın kulisini nümayiş etdirən filmdə Vinturun necə nüfuzlu fiqur olduğu aydın görünür.

Büronun seçimi: modadan bəhs edən 10 film

Büronun seçimi: modadan bəhs edən 10 film

“İv Sen Loren”

İv Sen Loranın 1958-ci ildə başlayan və onu dəbin əsas simasına çevirən karyerasına fokuslanan film bu il təqdim olunub. Ekran əsərində Loranın həm iş, həm də şəxsi həyatda partnyoru Pyer Berje ilə münasibətləri də əks olunub.

Büronun seçimi: modadan bəhs edən 10 film

“Parıltılı həyatlar”

Moda filmindən çox pop-mədəniyyətin tənqidi olan “Parıltılı həyatlar” real hadisələrə köklənib. Film “Vanity Fair” jurnalında yayımlanan “Oğrular Labuten geyinir” adlı məqalə əsasında çəkilib. 5 gəncin məşhurların evinə girərək bahalı paltarları, çantaları, saatları, ayaqqabıları oğurladığı filmi maraqla izləyəcəksiniz.

Büronun seçimi: modadan bəhs edən 10 film




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir