moda

Modanın TARİXİ: İlk qısa ətək, matəmin ağ rəngi…

Baxış sayı: 594

Moda haqqında hər şeyi bildiyinizi düşünürsünüzsə, yanılırsınız. Moda bəşəriyyət ilə eyni vaxtda inkişaf edən uzun bir tarixə malikdir. Narahat olmayın, bu gün tarixdən yox, məhz dəbdən danışacağıq. Bu yazımızı oxuyanda həm təəccüblənəcəksiniz, həm də əylənəcəksiniz.

Beləliklə, moda və geyim tarixi ilə əlaqəli maraqlı faktları təqdim edirik.

 

Qadınlar üçün istehsal olunan ilk geyim

Qadınlar üçün istehsal edilən ilk geyim növü xələt olub. Daha sonra isə bir az fərqli formada olan ətəklər yaranıb. Zaman keçdikcə həmin ətəklər indiki modelinə uyğun olaraq dəyişdirilib.

Qısa saç

Saçınızı kəsdirməyi düşünürsünüz? Bu əla fikirdir, belə həm seksi görünəcəksiniz, həm də saç baxımı üçün çox narahat olmayacaqsınız. Amma 100 il əvvəl Amerikada küçədə qısa saçlı qadın görənlər, həmin an ondan qaçardılar. Çünki o vaxtlar ərini aldadan qadınların saçı qısa formada kəsilirdi və bu onlara verilən ən yüngül cəza idi. Qısa saçlı qadınların həyatı isə həqiqətən ağır keçirdi.

Qadınlar üçün ilk kostyum

İlk qadın kostyumu 1923-cü ildə “Coco Chanel” tərəfindən istehsal edilib. Sözügedən geyim qızıl düyməli yun pencək, dizə qədər ətək və iri dənəli mirvari boyunbağıdan ibarət idi.

Kapron corablar

Kapron corabların istehsalı Birinci Dünya Müharibəsi zamanı dayandırılmışdı. Çünki mövcud olan bütün kapronlar paraşütlərin hazırlanmasında istifadə olunurdu. Kapronlar qadınların daha zərif və incə görünməyinə şərait yaradırdı. Həmin dövrdə onun satışının dayandırılması xanımları bir qədər kədərləndirmişdi. Daha sonra isə qadınlar ayaqlarına içində pudra hissəcikləri olan məhlul çəkməyə başladılar. Məhlul quruduqdan sonra ayaqlarının arxa hissəsinə göz layneri ilə incə bir xətt çəkirdilər. Buna zarafatla “maye corab” deyirdilər.

 “New look” nədir?

Çiyinləri və aşağı hissələri geniş, beli isə nazik olan paltolar “New look” adlanır. Amma “New look” əslində o qədər də yeni sayılmır. Dünya onu ilk dəfə 1947-ci ildə Kristian Diorun yaz-yay kolleksiyasında görüb.

İlk büstqalter

İlk büstqalter 1914-cü ildə Nyu Yorklu gözəl Meri Felps tərəfindən icad edilərək istifadə edilib.

Kiçik qara don

“Coco Chanel”in modaya bəxş etdiyi terminlərdən biri də “LBD” və ya “Little Black Dress”dir. Hər qarderobun vazgeçilməzi sayılan kiçik sadə qara don…

“Coco Chanel” hər bir qadının qarderobunda sadə kəsimli və göstərişsiz qara paltarın olması lazım olduğunu qeyd edib. Dəbli ayaqqabı, şərflə və ya sadə mirvari boyunbağı ilə bu qara paltar çətin günlərin xilaskarıdır.

Qısa ətəklər

Avtomobilin ixtirası modaya da təsir etmişdi. 18-ci əsrin sonlarında həmişəkindən daha qısa ətəklər geyilməyə başladı. Belə ki, bunun əsas səbəbi qadınların maşına minib-düşməkdə çətinlik çəkməsi idi.

Məcburi şapka

Kraliça I Yelizaveta şapkaları çox sevirdi. Ona görə də bütün qadınları, hətta 7 yaşından yuxarı qızları belə bazar və bayram günlərində şapka taxması haqda qanun qəbul etdi.

İlk ağ gəlinlik

Qadınların ağ gəlinlik geyinməsi də bu yaxınlarda baş verib. Keçmişdə ağ rəng həmişə matəmlə əlaqələndirilirdi. Amma 19-cu əsrdə kraliça Viktoriya ani bir qərarla ağ gəlinlik geyinmək qərarına gəldi. Elə bu hadisədən sonra qara gəlinlik tarixə qovuşdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir