Sizcə, modellərin bu qədər tərzli görünmələrinin səbəbi xarici görünüşləri, yoxsa geyindikləri brend paltarlardır? Əslində, bunlardan heç biridir. “Gencaile.az” “Ailem.az”-a istinadən dünyaca məşhur modellərdən tərzlə bağlı 10 məsləhət təqdim edir.
Sadəliyə üstünlük verin
Modellər çalışmadıqları zaman sadəlikdən vaz keçməzlər. Onların küçə stili açıq rəngli cins şalvar və ağ tişört kimi sadə parçalardan ibarətdir.
Başdan-ayağa qara geyinin
Nə geyinəcəyinizi seçməkdə çətinlik çəkirsinizsə, qara rəngi seçin. Qara rəngli hər geyimdə şık və zərif görünə bilərsiniz.
İdman ayaqqabısı modellərin ən yaxşı dostudur
Modellərin 15 sm-lik hündürdaban ayaqqabıda gəzmək məcburiyyətində qaldıqları günlər geridə qaldı. Kendall Jenner, Gigi Hadid, Bella Hadid kimi tanınmış modellər qırmızı xalını çıxmaq şərtilə başqa günlər idman ayaqqabıları ilə gəzməyə üstünlük verirlər.
Dəri gödəkcə hər model üçün zəruridir
Dəri gödəkcə yalnız bir model deyil, hər kəs üçün olmazsa olmazdır. Hər qadının üslubuna uyğun gəlir. Üstəlik, klassik paltardan tutmuş küçə stilinə qədər hər üslubda geyimlə geyinə bilərsiniz.
Böyük paltarlardan qorxmayın
Stili rahatlıqla birləşdirənlər üçün böyük tökülən paltarlar ideal seçimdir. Şalvarın üstündən 2 ölçü böyük jaket və ya tişört geyinə bilərsiniz. Çəkmələr stilinizi tamamlayacaq.
Cins şalvar
Hər modelin sevimli cins şalvarı var. Bədən quruluşları incə olduğu üçün adətən yüksək belli modelləri üstünlük verirlər. Yüksək belli cinslər beli düz göstərir, ombanı vurğulayır.
Kişi üslubu güvən verir
Qalstuklar, kişi köynəkləri, kobud ayaqqabılar özünə güvənən qadınların qarderobunda yer alıb. Bu tərz parçalar qadınsal cazibəylə bir araya gələrək tərzinizə balans və xarakter qatacaq.
Yüngül makiyaj edin
Podiuma çıxdıqları gündən başqa modelləri ağır makiyajda görmək mümkün deyil. Hətta artıq podiumda belə, modellər təbii halları ilə qarşımıza çıxırlar. Bir model kimi olmaq istəyirsinizsə, “ən yaxşı makiyaj anlaşılmayan makiyajdır” qaydasına əməl edin.
Gün eynəyi taxın
Gün eynəyi hər tərzin ayrılmaz hissəsidir. Üz quruluşunuza və tərzinizə uyğun bir gün eynəyi taxdığınız zaman model kimi havalı ola bilərsiniz.
Ən yaxşı özəlliyinizi vurğulayın
Ağzınız, gözləriniz, qaşlarınız, saçlarınız, sinəniz, ayaqlarınız… Bədəninizdə ən diqqətçəkən yer hansıdır? Bir model geyimləri, aksessuarları, makiyajı ilə özəlliyini hər zaman vurğulayır.