qadin

Möhtəşəm qadının 9 SİRRİ

Baxış sayı: 730

Möhtəşəm qadın kişiləri daxili vəziyyəti ilə cəlb edir. Zəkası, yaşı, sosial statusu, xarakter xüsusiyyətləri əslində ikinci sırada dayanır. Özündən və həyatından zövq alan qadınlar kişilərin diqqətini maqnit kimi özünə çəkir. Bu, asan iş deyil, ancaq bir neçə dəfə cəhd etməklə imtina edilməsi mümkün olmayan “güclü maqnit”ə çevrilmək öz əlinizdədir.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən bu yazıda oxucularını psixoloq Yuliya Sviyaşın möhtəşəm qadınların 9 sirri haqqında yazdığı qaydalarla tanış edib.

Başqa birinə məhəbbət özünüzə olan sevgi ilə başlayır. Amma insanların çoxu düşünür ki, insana özgüvən sevilmək duyğusu ilə birlikdə gəlir. Yadda saxlayın ki, qadın özünü sevməyənə qədər həyatına gələn hər bir kişi onu sadəcə tək qalmaq qorxusundan qurtarmağa çalışan psixoterapevt rolunu oynayacaq. Reallıq odur ki, dərin məhəbbət insanın özünə sevgisi nəticəsində yaranır. O zaman kişiyə məhəbbətin ən yüksək təzahürü doğulur. Münasibətlər daha özünüzü faydalı hiss etmək üçün atılan bir cəhd olmayacaq.

Kişilər qadının zahiri görkəmini deyil, onun yanındakı rahatlığı və vəziyyəti sevir. Kişilərə özünü xüsusi hiss etdirən qadın həmişə əks cinsin diqqət mərkəzində olacaq, sevgi münasibətlərində də uğur qazanacaq. Bu vəziyyət kişiləri maqnit kimi cəlb edəcək. Əsl qadın kişiyə sevgi bəxş etmək üçün qadınlıq xüsusiyyətlərini inkişaf etdirir. Qadının gözəl və sosial baxımdan uğurlu olması o demək deyil ki, əsl qadınlıq xüsusiyyətlərinə malikdir. Əsl qadın kişiyə ağıl, gözəllik və bədən vəd etmir, onu öz enerjisi isə bütün neqativ duyğulardan arındırır.

Sevmək istəyi ürəkdən gəlir. Bu, əsl qadının ətrafında layiqli namizədlərin olub-olmamasından asılı deyil. Qadın ətrafında özünə yaraşan birinin olmadığını düşünürsə, bu ondan xəbər verir ki, sevməyə hazır deyil. Onun axtarışları başqa yöndədir. Bəlkə də sevməyə qorxur. Ətrafındakı kişilər isə ona yalnız daxili vəziyyətini xatırladacaq. Əsl sevginin dərin qatlarına enməyi bacaran qadın üçün “Layiqdir, ya deyil” sualı mühüm əhəmiyyət kəsb etməyəcək.

Qadının eşqə olan səxavəti sevgini özünə cəlb edir. Bir qadın sevilmək istəyirsə, sahib olduğu, toxunduğu və gördüyü hər şeyi sevgi ilə doldurmağı bacarmalıdır. Sevgi bəxş etmək, zövq almaq, ötürmək, göstərmək və bu barədə danışmaq… Sevgi həm də nəfəs verməkdir, sevdiyi kişi onun üçün yalnız enerji aldığı bir obyekt olmamalıdır. Əgər ətrafınıza sevgi qığılcımları ötürsəniz, təbii olaraq sizi tapacaq.

Kişilər tanrılardır. İstənilən kişi tanrıdır. Əgər o sizi Tanrı kimi təsirləndirmirsə, deməli, tənqidçi gözü ilə baxırsınız. Tanrı kişidə yalnız bir faiz təzahür edə bilər. O, hələ həyatına başqa bir nəfəs gətirən qadınla qarşılaşmayıb. Əsl qadın kişilərdə tanrıları görür. Əsl qadın kişilərlə rəqabətə girmir və mükəmməlliyini onlara sübut etməyə çalışmır. Onları dəyişdirmir və onları öyrətmir. Hər birinin ən yaxşı tərəflərini görür və qiymətləndirir. Qadınlıq tərəflərini özündə inkişaf etdirən qadın kişilərə rəğbət və hörmət bəsləyir. Bu yanaşma həyatına maraqlı və ləyaqətli kişiləri cəlb etmək üçün münbit şərait yaradır.

Kişiləri cəlb etmək üçün qadın ilk növbədə özünə heyran olmalıdır. Bir qadın kişilərə ilham vermək istəyirsə, ilham pərisi özü olmalıdır. Kişini alovlandırmağa çalışan qadın özü də kiçik bir alov olmalıdır. Qadın cazibəsini həyat eşqi, kiçik sirləri, romantikası və müəmması təşkil edir. Qadının kimi heyran etməsinin heç bir əhəmiyyəti yoxdur. “Qarşısıalınmaz füsunkarlıq” hiss edilməməsi mümkün olmayan daxili işıq yaradır.

Möhtəşəm qadın hərəkətverici qüvvədir. O, bunu bacarır. Qadın kişidə özünün güclü tərəflərini göstərmək arzusunu oyadır, ona “məcbursan” öhdəliyini qoymur, əksinə, onu “Qəhrəman və şahzadə” nağılına dəvət edir. O, müdafiəsiz zəriflik və kövrəklik illüziyası yaradaraq, öz partnyorunu heyrət dolu baxışları və heyranlıq ilə süzəcəyi cəsur addımlara ruhlandırır. Əsl qadın zərif, kövrək obrazından çıxmadan, gözəgörünməz sehri ilə kişini tədricən ona doğru irəliləməyə vadar edir.

Möhtəşəm qadın feminist klublarında da iştirak etmir. Özünə arxayın olan qadın “Bütün kişilər eynidir” kimi ümumiləşdirmələr etmir. Bütün kişilərin fərqli olduğunu bilir. Hər qadın öz kainatını yaradır və həyatına cəlb etdiyi kişilərin əhatəsinə düşür. O, cinsi müharibə atəşini yandırmayacaq və kainatın qeyri-kamilliyi ilə əylənməyəcək. Sevdiyi kişi haqqında dostlarına danışarkən çatışmazlıqlarını vurğulamayacaq, onu tənqid etməyəcək və ləyaqətsiz kimi göstərib dəyərsizləşdirməyəcək.

Möhtəşəm qadın xoşagəlməz vəziyyətlərdə də qərəzsiz, düzgün və mehriban danışmağı bilir. Səhvini kişilərə elə söyləyir ki, alçaltmasın, əksinə, onları yaxşılığa doğru dəyişməyə məcbur etsin. Çatışmazlıqlardan və səhvlərdən danışmaq lazım olsa belə, xeyirxah olmaq böyük qadın sənətidir. Önəmli olan qadının nə deməsi deyil, necə danışmasıdır. Elə danışmalısınız ki, nə səs tonunuz, nə də jestləriniz qarşı tərəfi incitsin. Müdrik qadın danışdığı şəxsin öz ləyaqət hissi ilə danışır. Tənqidi elə təqdim etmək lazımdır ki, qarşı tərəfi ruhlandırmağa xidmət etsin. O, həmişə kişini seçim qarşısında qoyur: dəyişmək, ya yox.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir