moruq

Moruq yeyərək arıqlayın

Baxış sayı: 971

Tərkibindəki bir çox vitamin sayəsində immuniteti gücləndirən moruq eyni zamanda artıq çəkidən əziyyət çəkən insanların da ən yaxşı köməkçisidir.

“Gencaile.az” xəbər verir ki, 3 gün boyunca edəcəyiniz pəhrizlə 2-4 kiloqramadək çəki itirə bilərsiniz.

 

1-ci gün:

Səhər – 100 qram yağsız kəsmik, moruq istəyə bağlı olaraq 1 ç.q bal

İkinci səhər yeməyi – süd və moruq

Nahar – suda bişmiş toyuq əti, 250 qram moruq

Şam – moruqla hazırlanan süd kokteyli

 

2-ci gün:

Səhər – 250 ml. yağsız yoqurt, 100 qram moruq

İkinci səhər yeməyi – 2 ç.q təmiz bal əlavə edilmiş 200 qram təzə moruq

Nahar – 150 qram soyutma balıq, pomidor, xiyar və zövqə görə göyərti

Şam – 200 qram təzə moruq və 10 fındıq və ya 5 qoz ləpəsi

 

3-cü gün:

Səhər – 200 ml. yağsız kefir, 100 qram moruq

İkinci səhər yeməyi – 5 dənə qoz və 200 qram təzə moruq

Nahar – 150 qram pörtlədilmiş ət, zeytun yağı, limon suyu əlavə edilmiş kələm salatı

Şam – moruq sousu əlavə edilmiş 2 ədəd bişmiş alma

 

Qeyd edək ki, bu pəhriz sayəsində çəki atmaqla yanaşı, eyni zamanda toksinlərdən azad olacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir