motivasiya

Motivasiya və uğur qazanmaq üçün 37 taktika

Baxış sayı: 2. 372

Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir.
Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.
1. Gələcəyinizi yazın
Təmiz bir kağızda bir-iki paraqraf şəklində arzuladığınız gələcəyin hekayəsini yazın. Gələcəkdə görəcəyiniz işi, yaşadığınız yeri və sahib olduqlarınızı yazın. Bu, sizi həm indi, həm də gələcəkdə motivə edəcək.

2. Gələcəyi gözünüzdə canlandırın 
Gözlərinizi yumun və özünüzü gələcəkdə etmək istədiyiniz işi görərkən canlandırın. Sağlam bir şəkildə idmanla məşğul olursunuz, bağçanızdakı çiçəklər ilə maraqlanırsınız və ya çalışırsınız. Nümunə üçün; xəyalınızda kiçik bir iş yeri açmaq varsa, özünüzü təqdimat günündə, müştəriləriniz və işçiləriniz ilə salamlaşarkən xəyal edin. Beləcə, xəyallarınızı reallaşdıra bilərsiniz.

3. Keçmişi gözünüzdə canlandırın
Keçmişi gözünüzdə canlandırarkən, daha əvvəl harada olduğunuzu və nə qədər yol qət etdiyinizi görəcəksiniz. Planlı hədəflərinizə nə qədər çatdığınızı və harada səhv etdiyinizi başa düşəcəksiniz. Və bu, sizin doğru yolla irəliləməyinizə şərait yaradacaq. Məsələn, hər hansı bir sürücü yalnız qarşısına baxsa və arxa güzgüdən istifadə etməsə nələrlə qarşılaşa bilər? Zaman-zaman keçmişə baxmaq, ən azından sürücünün arxa güzgüyə nəzər yetirməsi qədər faydalıdır.

4. Dərindən düşünün
Gələcəyinizlə bağlı hərtərəfli düşünməkdən qorxmayın. Bu, qısa müddətli uğursuzluqlara tab gətirməyinizi asanlaşdıracaq. Əngəllər sizə mane olmayacaq. Çünki, sizin gözləriniz böyük hədəfə zillənmiş olacaq. Uzun müddətli ayrılıqdan sonra sevdiyinizə qovuşacağınızı düşünün, onu qarşılamağa gedərkən, sizi bütünlüklə isladan yağış narahat edə bilərmi?

5. Özünüzü maarifləndirin
Hədəf və ya arzunuz ilə bağlı hər şeyi öyrənin, oxuyun, araşdırın, dinləyin və təcrübədən keçirin. Əgər yazıçı olmaq istəyirsinizsə, təhsil alın, mütaliə edin, yazın, digər yazıçılar ilə əlaqə saxlayın, məsləhətləşin.

6. İntizamlı olun
Səliqəli, zövqlü və yüksək səviyyədə təşkil olunmuş ev, ofis də əhvalımıza müsbət təsir edir. Fiziki dağınıqlıq, zehni dağınıqlığa səbəb olur. İntizamlı, sistemli bir həyatınız olsun, beləcə özünüzü hər gün daha da yüksəkdə hiss edəcəksiniz. Nümunə üçün; gecə yatma, sabah qalxma saatınız mütəmadi olsun. Səhərlər mütləq nahar edin və ən azı yarım saat idmanla məşğul olun.

7. Evinizdə və ofisinizdə sizi motivasiya edəcək şeylərə yer ayırın 
Evinizdə, ofisinizdə, avtomobilinizdə, portmanatınızda sizə hədəflənmiş və xəyallarınızı xatırladacaq simvollara, işarələrə, qeydlərə və ya obyektlərə yer ayırın. Bu əşyalar, sizin motivasiyanızın davam etməsi üçün şərait yaradacaq. Son model bir avtomobilə sahib omaq istəyirsinizmi? O zaman xəyalınızdakı avtomobilin şəkillərini otağınızın divarlarına asın, portmanatınızda saxlayın və ehtiyac duyduğunuz an baxıb, hədəfinizi xatırlayın.

8. Könüllü işlərə qoşulun
Könüllü olaraq başqa insanlara kömək edin. Bunu etdikdə, digər insanları sevindirməyin nə qədər məmnunedici bir şey olduğunu dərk edəcəksiniz. Həftə sonları, həyat yoldaşınızla birlikdə “Körpələr evi”nə getmək yaxşı ideya ola bilər.

9. Öz motivasiyanız ilə başqalarını başqalarına müsbət enerji verin 
Ən yaxşı öyrənmə metodu, öyrətməkdir. Uşaqlarınızın daim yüksək ruh yüksəkliyində olmalarına, dostlarınızın daha effektli hədəflər müəəyyənləşdirmələrinə, həyat yoldaşınızın şəxsi arzularını reallaşdırmağa kömək edin. Onlara kömək etdikdə, əslində özünüzə də kömək etmiş olursunuz.

10. Uşaqlarınızla vaxt keçirin
Uşaqlarınızla vaxt keçirmək sizə perspektiv qazandıracaq. İş və ya özəl həyatınızdakı narahatlıqlar, uşaqlarınız ilə əyləndikdə əriyib gedəcək. Uşaqlar hər şeyə asan yolla baxarlar və hətta bunu öyrənmək bizim üçün faydalı ola bilər.

11. İdmanla məşğul olun və avtomobil idarə edin
Ətrafı gəzin və ya olduğunuz istiqamətdə avtomobilinizlə dolaşıb, rahatlaşın, sərbəst vaxt keçirin. Hamımızın istirahətə ehtiyacı var və əslində sürətli qaçış, avtomobil sürmək, həqiqətən yaxşı bir həlldir. Bu şəkildə etdiyiniz məkan dəyişikliyi, üzərinizdəki mənfi emosiyaları dağıdacaq.

12. Uğurlu hekayələr oxuyun
Ətrafınızdakı insanların uğurlu hekayələrini oxuyun. Hətta gündəlik qəzetlərdə belə, sizə ilham verəcək, ruhlandıracaq və enerji verəcək parçalarla zəngin kiçik uğurlu hekayələr var. Kitabxanalar insanların həyat yolundan bəhs edən bioqrafiya və avtobioqrafiya ilə zəngindir. Bu kitablar sizləri uğur əldə etmək üçün rəflərdə həyacanla gözləyir.

13. Musiqi dinləyin
Musiqi sakitləşdirir, həyəcanlandırır, kədərləndirir və hətta ruhlandırır. İdmanla məşğul olarkən Rocky-nin film musiqisini dinləmək, musiqini mötivator olaraq istifadə etməyə ən gözəl nümunədir. Sizi ruhlandıran musiqiləri seçin və ehtiyac duyduğunuz zamanlarda onlardan faydalanın.
Məsələn, səhərlər ofisimdə və ya təhsil verəcəyim şirkətə gedərkən, xalq mahnısı dinləmək məni ruhlandırır.

14. Ruhlandırıcı filmlər izləyin
Sizi ruhlandıran filmlərin siyahısını tırtib edin və kiçik bir arxiv hazırlayın. Nümunə; “Forrest Gump” filmini izləmək bir çox insanı ruhlandıra bilər. Bilirik ki, bu filmdə İQ’su normal insandan daha çox ağılsız bir insan kimi böyük uğurlar qazanır.

15. Sağlam şəkildə qidalanın
Xoşbəxt həyat üçün, düzgün qidalanma çox vacibdir. Düzgün pəhriz, sizin vücüdunuz üçün lazım olan bütün qida, vitamin və mineralları özündə birləşdirir. Daha artığı isə təbii ki, zərərli ola bilər. Necə deyərlər “sağlam bədəndə, sağlam ruh olar”. Vücudunuz və motivasiyanız üçün sağlam qidalanın. Siqaret və içkidən uzaq durun.

16. Kifayət qədər yatın
Bəzi insanlara 6 saat yuxu kifayət edərkən, bəziləri üçün isə 8 saat kifayət edə bilər. Kifayət qədər yatdığınıza əmin olana kimi yatın. Ancaq, 8 saatdan artıq olmamasına da fikir verin. Davamlı bir yuxuya sahib olmağın, həm vücudunuz, həm də zehniniz baxımından nə qədər faydalı olduğunu görəcəksiniz.

17. Davamlı mütaliə edin
Ən önəmli dərs budur. Ətrafınızdakı dünya haqqında davamlı öyrənməyə davam edin və əsla dayanmayın. Sizi maraqlandıran şeylər haqqında oxuyun, dinləyin və araşdırın. Məsələn; sizə ünvanlanan hər hansı bir suala “bilmirəm” deyə cavab verdikdən sonra, dərhal o haqda bilmədiklərinizi öyrənin. Maraqlı olun. Bilirsiniz, maraq elmin müəllimidir.

18. Hədəflərlə çalışın. Hədəflərlə bağlı ən önəmli ipucu budur. Hədəflərlə çalış..!
Hədəflər, həyatınızın bütün sahələrindəki inkişafınız üçün önəmlidir, hədəfsiz çalışsanız, inkişafınızda çətinliklərlə qarşılaşarsınız. İstədiyinizi əldə etmək üçün, işinizi şansın öhdəsinə buraxmağınız heç də ağıllı fikir deyil. Earl Wilson’un gözəl bir sözü var. “Uğurmu? Uğur tamamilə şansa bağlıdır. İnanmırsınızsa uğursuz insanlardan soruşun…!” Hədəflərlə çalışın, onlar sizə uğuru və yanında dirilik alması olan xoşbəxtliyi gətirəcəklər.

19. Beyin fırtınası yaradın
Təmiz kağız və qələm götürün. Uyğun bir məkan seçin. Kiminsə sizi narahat etməyəcəyi, telefonlardan uzaq bir məkan tapın. Sonra düşünün, düşünün və təkrar düşünün. Ağlınıza gələn hər ideyanı yazın. Maliyyə hədəfləri, şəxsi hədəflər, ictimai hədəflər, sağlamlığınız ilə əlaqəli olanlar və s. Bütün fikirləri yazın.
Bitirdikdə, üzərində çalışmaq üçün lazım olan bir çox hədəfləriniz olacaq. Bunlar arasından sizin üçün mühüm olanları seçin.

20. Hədəfinizi kağız üzərinə yazın
Üzərində çalışağınız hədəfi seçmədən öncə, onu bir kağızda yazın, hədəfinizin reallaşmasını təmin edin. Beləcə, sizin üçün lazım olub-olmamasına daha asan qərar verə bilərsiniz.

21. Hədəfi seçmə səbəblərini yazın 
Nə üçün məhz bu hədəfi seçdiniz? Hədəflərinizin hər biri üçün, “Bunun mənə nə xeyri var” sualını verin. Hədəfi seçmə səbəblərinizi asanlıqla açıqlaya bilməlisiniz. Əgər açıqlaya bilmirsinizsə, bu hədəfi siyahıdan silin və
digərinə keçin.

22. Hədəfinizin spesifik olmasını təmin edin 
Hədəfinizin effektli ola bilməsi üçün, onu spesifik olaraq ələ alın. “Uşaqlarınız ilə ünsiyyətinizi inkişaf etdirmək” çöx mühüm və dəyərlidir, ancaq hədəfiniz adına çox geniş bir təqdimat olacaq. Bunun əvəzinə, daha spesifik hədəf müəyyənləşdirin. Məsələn, bazar günləri birlikdə gəzintiyə çıxmaq, şam yeməklərini 19:00-20:00 arasında birlikdə etmək və ya gecə yatmazdan əvvəl onlarla 1 saat söhbət edərək məlumat və təcrübələrinizi bölüşmək kimi. Bu, sizi hədəfinizə daha asan yaxınlaşdıra bilər.

23. Başlanğıc tarixindən istifadə edin
Termin mühimdir, ancaq onun qədər mühim olan başqa bir mövzu daha var ki, bu da başlanğıc tarixinin konkret olmasıdır. Hədəfiniz üçün yola çıxarkən, başlanğıc tarixini ertələməyə yönəlmiş bir sıra səbəbiniz olacaq. Bunun öhdəsindən gəlmək üçün, başlanğıc tarixini müəyyən edin və o tarixə sadiq qalın.

24. Özünüzü çox yükləməyin 
Lazım olandan artıq və ya eyni anda bir sıra hədəf üzərində çalışmayın. Başlamaq üçün birlə üç arası hədəf uyğundur.

25. İrəliləyişlərinizi ölçün
İşlərinizdəki irəliləyişləri olçün. 300 səhifəlik bir roman yazmaq istəyə bilərsiniz. 300 səhifəni birdən hədəfə almayın. 25-lə 50 səhifəlik artımlar şəklində planlaşdırın və tamamladığınız səhifələrin gündəlik siyahısını tutun. İrəliləməyinizi ölçmək, hədəfiniz reallaşana kimi əhval-ruhiyyənizi yüksək səviyyədə saxlayacaq.

26. Özünüzü mükafatlandırın
Özünüz üçün mükafatlar müəyyənləşdirin. Hədəfinizə nail olduqda və ya kiçik də olsa bir addım atdığınız zaman özünüzü mükafatlandırın və bunu qeyd edin. Çox çalışdınız və buna layiq oldunuz. Ailənizlə evdən kənarda nahar edin, qısa bir səyahətə çıxın və ya sizi həvəsləndirəcək başqa şeylər edin.
Davranış hər şeydir. Aşağıdakı ipucları, müsbət davranışlara sahib olmağınıza köməkçi olacaq.

27. Düzgün kəlmələrdən istifadə edin
Gündəlik ünsiyyətinizdə, “ Bunu bacara bilərəm” və ya “Bir çıxış yolu taparıq” kimi müsbət cümlələrdən istifadə etməyə diqqət yetirin. Qurduğunuz cümlələrin sizin psixologiyanız və davranışlarınız üzərində son dərəcə önəmli təsiri olduğunu unutmayın.

28. Yoldaşlarınızı seçin
Yoldaşlarınızın mənfi davranışları varmı? Bu sizə təsir edirmi? Birlikdə vaxt keçirdiyimiz insanlar, çox vaxt bizə təsir göstərə bilər. Əgər ofisinizdəki və ya evinizdəki insanlar sizi mənfi enerji ilə yükləyirlərsə, bu vəziyyəti dəyişdirəcək lazımlı addımları atın.

29.Digərlərinin nə dediyini dinləyin
Özümüzə pozitiv bir insan olduğumuzu söyləməkdən zövq ala bilərik, lakin bu hər zaman doğru deyil. Yoldaşlarınızın və ailənizin sizin davranışlarınızla bağlı söylədiklərini dinləyin, eşitmək istəməyəcəyiniz şeylər söyləyə bilərlər. Ancaq unutmaq lazım deyil ki, həyatdakı ən müsbət dəyişikliklər, tənqidlərdən sonra yaranır.

30,Sizi nələrin narahat etdiyini öyrənin
Sizi nələrin narahat etdiyini bildiyiniz zaman, içində olduğunuz neqativ vəziyyətdən uzaqlaşa bilər və bunun nəticəsi olaraq ortaya çıxan gərginlik və yorğunluqdan qoruna bilərsiniz. Əgər uzaqlaşa bilməyəcəyiniz bir vəziyyətdirsə, onu aradan qaldırmaq üçün nələr edə biləcəyinizi düşünün.

31.Fasilə edin
Tez-tez açıq havada gəzintiyə çıxın, sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın.

32.Hərəkətə keçməzdən əvvəl iki dəfə düşünün
Hərəkətə keçməzdən əvvəl, səbəbləri ilə birlikdə hərəkətləriniz haqqında düşünün. Əgər işçiniz, sizə də təsir edə biləcək müəyyən yanlışlıq edibsə, dərhal özünüzdən çıxmayın. Ən düzgün çıxış yolu üzərində düşünün. Bunu iki dəfə etdikdən sonra hərəkətə keçin. İki dəfə dinləyib, bir dəfə danışmağımız üçün, iki qulağımız və bir ağzımız olduğunu unutmayaq.

33. Sahib olduğunuz şeylərin dəyərini bilin
Ətrafınıza baxın və sahib olduğunuz hər şeyin dəyərinin fərqinə varın. Yoldaşlarınız, ailəniz, karyeranız, eviniz və ya başqa hər hansı bir şey. Hətta bu öz-özlüyündə xoşbəxtlik qaynağıdır. Mənfi şeylərin həyatımıza necə girdiyinin əhəmiyyəti yoxdur, biz sahib olduğumuz şeylər üçün şükr etməliyik. Fərqli bir yöndən baxın və həyatınızdakı gözəl şeylərin dadını çıxarın.

34. Həmişə xoşbəxt olmaq məcburiyyətində deyilsiniz
Bəzən, özünüzü pis hiss etməyinizin heç bir mənfi tərəfi yoxdur. Hər zaman sevincli, emosional, enerjili olmaq məcburiyyətində deyilsiniz. İşlərin yolunda getmədiyi, özünüzü pis hiss etdiyiniz günlər də olacaq. Dərd etməyin, problemlər də keçər.

35. Məntiqlə hərəkət edin
Problemlərə məntiqlə yanaşın. Hisslərinizlə hərəkət etsəniz, nəticələrlə barışmaq məcburiyyətində qalarsınız.

36. Dedi-qodudan uzaq olun
Ətrafınızda gəzən neqativ söhbətlərə qoşulmayın. Əgər qarşınızdakının bu istiqamətdə davam etdiyini görsəniz, üzr istəyərək mədəni şəkildə ordan uzaqlaşın.

37.Günə gözəl başlayın
Günə gülümsəyərək başlayın. Bugün, bacara biləcəyiniz və xoşladığınız bir çox şeyə sahib olacaqsınız. Həyat qısadır…! Ancaq, bu gün geriyə qalan həytınızın ilk günü. Bunu əsla unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir