Bəzi məhsulların mövsüm dəyişikliyi zamanı rasionda olması xüsusi əhəmiyyət daşıyır.
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovanın sözlərinə görə, günəşin təsirinin azalması ilə maddələr mübadiləsinin işi bir qədər ləngiyir, nəticədə immunitet də zəifləyir. Bir çox insanlarda yorğunluq və depressiya halları müşahidə edilir. Həkim rasiona B 12 vitamini ilə zəngin qidaları daxil etməyi tövsiyə edir.
“Bu dövrün mənfi təsirlərindən qaçmaq üçün balanslı qidalanmaq mütləqdir. İmmunitet sistemini gücləndirmək üçün zülal və kalsiumla zəngin qidalara üstünlük verin. B 12 vitamini ehtiva edən qidalar mütləq masanızda olsun”,-deyə Nərminə Abbasova vurğuladı.