geyim

Mövsüm trendi: Ağ şalvar – FOTOLAR

Baxış sayı: 834

Ağ şalvar yayın ən arzuolunan geyimidir. Bu mövsüm zövqünüzə uyğun ağ şalvar seçmək çox asan olacaq, dəbli və rahat obraz yaratmaqda çox çətinlik çəkməyəcəksiniz. Odur ki, seçimdə özünüzü məhdudlaşdırmayın, bir neçə stili nəzərdən keçirin. Rahat modellər xüsusilə trenddir, demək olar ki, istənilən geyimlə uzlaşır. Hər şeydən əvvəl kətan və ipək şalvarlara diqqət yetirin.

“Gencale.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, dünyanın qapanma dövrünün tendensiyaları ilə sürətlə vidalaşmasına baxmayaraq, coggerlər də mövqelərindən əl çəkmirlər. Ağ rəngli idman şalvarları daha effektiv görünür. Onları trikotaj top və ya qısaqol köynəklərlə tamamlayın. Görünüşün uyğun olmasını təmin etmək üçün bel çantası götürün. Coggerlərin daha zərif alternativləri sadə, dəbdəbəli və çoxyönlüdür.

Daha ciddi seçimlər də var. Sadə düz ağ şalvarlar hər qarderobda olmalıdır. Bir çox marka ofis dress-koduna “qədəm qoyur” və klassik modellər təklif edir. İstidə nə geyinəcəyinizi bilmirsinizsə, bu model əsl xilaskar olacaq.

Palozzo adlanan enli balaq şalvarları qeyd etməsək, olmazdı. Həm yaxası bantlı bluzlar, həm də saroçkalar bu stilin ən yaxşı tamamlayıcısı rolunda çıxış edəcək.

geyim 1

geyim 2

geyim 3

geyim 4

geyim 5

geyim 6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir