Narıncı və çəhrayı alt tonları olan bütün qırmızı dodaq boyalarını bir kənara qoyun, bu mövsüm klassik qırmızı rəng populyarlığın zirvəsindədir. Klassik qırmızı heç vaxt dəbdən düşmür, lakin bu mövsüm ən isti tendensiyalar arasında xüsusilə yer alıb. Qırmızı dodaq boyası sizi makiyaja daha çox vaxt sərf etmək ehtiyacından azad edəcək.
Neytral
Parlaq çalarlar ilə yanaşı, trendlər siyahısına “Dolce & Gabbana”nın dəb şousunda modellərdə gördüyümüz minimalist açıq qəhvəyi rənglər də daxildir. Makiyajın təbii görünməsi, eyni zamanda dodaqların vurğulanması üçün dəri rənginizdən bir neçə tünd ton seçin.
Parıltı
Parlaq dodaq boyaları, nəhayət ki, tutqun versiyalar əvəz etdi. Bu mövsüm makiyajın əsas qaydası odur ki, nə qədər parlaq olsa, bir o qədər yaxşıdır. Yaz-yay kolleksiyalarının nümayişlərində şəffaf mirvari parıltısı aktual idi, indi isə tünd və parıltı dodaq boyaları ön plana keçib.
Albalı
Bir çox markanın vizajistləri payız-qış şouları üçün tünd dodaq boyaları seçiblər, qara və tünd şokolad tonları zövqünüzə uyğun gəlmirsə, “Versace” şousunda nümayiş olunan nəcib tünd qırmızı rəngi sınayın.