Bugünkü uşaqların erkən yetkinləşməsi və yaşlarından böyük davranmalarının müxtəlif səbəblərinə toxunur. O, qeyd edir ki, bu fenomen yalnız fiziki inkişafla əlaqəli deyil, emosional və psixoloji sürətli yetkinləşmənin nəticəsidir. Bir çox faktor bu prosesi sürətləndirir, o cümlədən valideynlərin davranışları, sosial mühit və sosial mediadakı təsirlər.
Ailə məsələləri üzrə məsləhətçi və psixoloq Fatimə Rəsulova bildirir ki, valideynlər uşaqları çox tez böyütməyə çalışırlar. Məsələn, “Qızım artıq böyüyüb, bu gün-sabah elçi gələcək” və ya “Oğlum artıq kişidir” kimi ifadələr uşaqların yaşlarına uyğun olmayan rol gözləntilərinə daxil olmalarına səbəb olur. Psixoloq vurğulayır ki, valideynlər bu cür ifadələrlə uşaqlarını yaşından böyük hərəkət etməyə və düşünməyə məcbur edirlər, nəticədə isə uşaqlar öz uşaqlıq dünyalarından uzaqlaşır.
Mütəxəssis uşaqlardan çox tez və yaşlarına uyğun olmayan məsuliyyətlər tələb edilməsinin onların daxili dünyasını sürətlə böyütdüyünü qeyd edir: “Uşaqlardan erkən yaşda yaşlarına uyğun olmayan müzakirələr eşitdikdə və onlardan çətin qərarlar tələb edildikcə, uşaqların oyun və fantaziya vaxtı məhdudlaşır, bu isə onların gələcək inkişafına mənfi təsir edir.”
Psixoloq, müasir texnologiyanın və qohum müdaxilələrinin uşaqların erkən yetkinləşməsinə təsirini də vurğulayır. Uşaqlar böyüklərin dünyasına tez daxil olur: internetdə, sosial mediada və videolarda. Bu, onların təbii uşaqlıq maraqlarını öldürərək, erkən yaşda real həyatı təqlid etməyə səbəb olur.
Fatimə Rəsulova, valideynlərin iş və gündəlik qayğıları ilə məşğul olarkən, uşaqlarına kifayət qədər diqqət yetirmədiklərini qeyd edir: “Bu vəziyyət uşaqları emosional boşluqları doldurmaq üçün böyüklər kimi davranmağa vadar edir. Uşaq, bu halda, “kiçik böyüklər” olaraq münasibət göstərməyə başlayır.”
Psixoloq, ailədaxili məsələlərin və şəxsi problemlərin uşaqların yanında müzakirə edilməsinin onların emosional inkişafına zərər verdiyini bildirir: “Pul məsələləri, ailə münaqişələri və böyüklər arasında münasibətlər uşaqların psixologiyasını pozur, nəticədə onlar oyun və uşaqlıq sevinclərindən məhrum olurlar.”

Fatimə Rəsulova həmçinin gizli səbəblərə də toxundu. Onun sözlərinə görə, valideynlərin müəyyən sosial və cinsi stereotiplərə əsaslanaraq, uşaqları erkən yaşda müəyyən rollara yönləndirmələri onların təbii inkişafını məhdudlaşdırır. Qız uşaqlarının erkən evlilik və analıq məsələlərinə yönləndirilməsi və oğlan uşaqlarına erkən məsuliyyətlər verilməsi uşaqların emosional vəziyyətini və böyümə prosesini sürətləndirir.
Mütəxəssis valideynlərin uşaqlarının kiçik yaş dövrünü gözardı etdiklərini və bunun uşaqların gələcəkdə uzunmüddətli emosional təsir yaratdığını qeyd edir: “Valideynlər, gündəlik iş və qayğıları ilə məşğul olduqları üçün uşaqlarının daxili dünyasını və onların uşaqlıq dövrünü unudurlar.”
Ailə məsələləri üzrə məsləhətçi valideynləri müasir cəmiyyətin sürətli inkişafını görərək, onları övladlarının inkişafına, təhsilinə diqqətlə yanaşmağın vacib olduğunu nəzərə çatdırır.
Fatimə Rəsulova, həmçinin valideynlərin uşaqlarının təbii yaş dövrlərini yaşamağa imkan verməli olduqlarını bildirir. O, valideynlərin uşaqlarına yaşlarına uyğun şərait yaratmalarını, sosial mühit və texnologiyaların mənfi təsirlərini minimuma endirmələrini və uşaqlarının oyun və fantaziya vaxtını qorumağa çalışmalısınız. Mütəxəssis qeyd edir ki, uşaqların təbii inkişafı üçün valideynlər uşaqlıq sevinclərini təmin etməli, müvafiq sərhədlər qoymalı və uşaqlarına sevgi və diqqət ayırmalıdırlar.











































































































































































Texnologiyalar ushaqlarin tebi inkişafini yavasladir. Onlar daha az oyun oynayir, oz dunya’larina daha az daxil olurlar.
Maqalede cox gozel vurğulanib ki, valideynler ushaqlarinin kicik yas dövrünü unudurlar. Bu da ushaqların emosional inkisafina zerer verir. Ushaqlar hele ushaqlik dövrünü yasamalidir.
Ushaqlarin yaslarina uyğun olmayan mesuliyyətlerle uzlesmesi onlari tebi inkisafini engelleyir. Valideynler bunu daha cox nezere almelidirler. Fatime Resulova cox duzgün qeyd edib.