GELIN

Müasir gəlinlərin ən orijinal aaç aksessuarları

Baxış sayı: 2. 011

Müasir dövrümüzün gəlinləri yalnız toy libası və zərgərlik əşyaları deyil, həm də toya geyəcəkləri gəlinlik aksessuarları axtarışında olur. Əvvəllər xanımlar bu aksessuarları uzun və ya qısa duvağı saça sancmaq üçün istifadə edirdilərsə, indiki gəlinlər bir qədər qeyri- adi və müasir obrazlar düşünməkdən çəkinmirlər.

Düzgün seçilmiş aksessuarlar  gəlinin fərdi stilini əks etdirir.  Ən birinci qayda aksessuarın gəlinlik donu ilə harmoniyada olmasıdır. Daş-qaşlı gəlinlik tacları dəbdən düşdükcə, yunan üslublu taclar bəyaz libaslarla mükəmməl sintez yaradır.  Çələng, güllər və ya lent formalı baş aksessuarları isə sadə donla gözəl görünür. Saç aksessuarınız gəlinlik donu və saç stilinizlə uyğun olduqda sizdə vahid gözəl stil alınacaq.

Əgər duvaq taxmaq istəmirsinizsə, daş-qaşlı saç aksessuarlarını da sınaya  bilərsiniz. Belə saç aksessuarları adətən müxtəlif kristal və mirvarilərdən hazırlanır. Onları azca alına da endirməklə müasir görünüş almaq olar. Foto şəkillərdə belə gəlinlik obrazları daha romantik abu-hava yaradaraq gəlinə məsumluq ifadəsi bəxş edir.

Yerli gəlinlərimiz arasında diademalar gəlinlik obrazı üçün daha məhşur olsa da, xanımların nəzərinə çatdıraq ki, son illər başa sarılan aksessuarlar və lentlər, qeyri- adi formalı metal sancaqlar, müxtəlif dekorativ bəzəklərlər dəb aləmində daha aktual hesab edilir.  Çələnglər isə uzun və təbii dalğalı saçları daha gözəl vurğulamaq üçün maraqlı ideyadır. Əgər qış gəlinisinizsə bej, lavanda, boz, pastel tonlarında çələng seçməklə qış nağıllarındakı şahzadələrə bənzəyəcəksiniz.

Orijinal saç aksessuarları şəhərimizdə bir qədər nadir tapılsa da, çalışıb dizayner aksessuarlarından istifadə etməyi tövsiyyə edərdik. Adətən belə baş aksessuarları təbii mirvari, kristal qaşlar və keyfiyyətli metallardan olmaqla əl işi olaraq tanınır.

SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-46  SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-100 SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-122 SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-134 SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-152 SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-162 SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-166 SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-167

SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-32

SALLY-T-PHOTOGRAPHY-WKDN-REIGN-92




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir