facebook status

Müğənni Elnarə, prezident Putin, yeni peyğəmbər və… – Tanınmışların son Facebook statusları

Baxış sayı: 1. 942

Həyat həm də sosial şəbəkələrdə davam edir. Hamı kimi tanınmışlar da ayrı-ayrı məsələlərə “Facebook” statusları ilə münasibət bildirir. Bu şəbəkədən seçdiyimiz bəzi statusları nəzərinizə çatdırırıq.

Millət vəkili Fazil Mustafa müğənni Elnarə Abdullayevanın əməlini təqdir edib:

–              Məlumat oxudum ki, müğənni Elnarə Abdullayeva 200 min manat xərcləyərək Şamaxının 12 kəndinə su çəkdirib. Bu addımı təbii ki, yüksək qiymətləndirmək lazım və cəmiyyətimizə xeyirli əməl kimi təbliğ etmək vacibdir. Yəni Azərbaycan müğənnisi 200 minlik maşın və ya villa alıb onun-bunun gözünə soxmaq əvəzinə, insanların qapısına içmək üçün su gətirib deyilməsi həqiqətən cəmiyyətdə başqa bir əhval yaradır. Bu rayonda millət vəkili, tanıdığım ən xeyirxah insanlardan biri Elxan Süleymanovun da 9 kəndə su çəkdirdiyini və açılış tədbirlərində iştirak etdiyimi xatırlayaraq, orada yaşayan insanların necə sevindiyini təsəvvür edə bilirəm. Elnarə Abdullayevanın sənətdə özünü yüksək səviyyədə təqdim etməyi ilə yanaşı, proqressiv düşüncəsi, xeyirxahlıq keyfiyyəti ilə də gündəmə gəlməsi olduqca sevindiricidir. Bir vətəndaş kimi ürək dolusu təşəkkürümü bildirirəm.

Tanınmış QHT təmsilçisi Əvəz Həsənov da müğənni Elnarəni mədh edib:

–          Mugenni Elnare Abdullayevanin qadasi olsun diger mugannilerin ureyine. Adam oz pulu ile rayonuna su chekdirib. Digerleri ise mashinlarinin sayini artirirlar. Eshq olsun Elnare.

Jurnalist Azər Qismətsə təxminən 80 il öncəyə boylanıb:

–          30-cu illerin sonlarinda her muttefiq respublikaya “xalq dushmenleri”nin ashkar edilmesi, hebs olunmasi, gullelenmesi ucun plan qoyulub. Azerbaycan ucun plan il erzinde 3 min nefer olub. Ele bu vaxt Ozbekistan ziyalilarindan Kremle mektub gedib. Mektubda bele yazilib: “Xalq dushmenlerine gore Ozbekistana ayrilan plan azdir. Xahish edirik bu reqemi artirasiniz”.

Başqa bir media təmsilçisi Famil Cəfərli isə peyda olan yeni “peyğəmbərdən” ironic şəkildə bəhs edib:

–          Deməli, biri meydana çıxıb ki, mən peyğəmbərəm, peyğəmbərlərin ən sonuncusuyam. Koneçni stansiya dəəə yəni…

Adamın “sübutu” da var. Deyir əsl peyğəmbər o vaxt dəvə karvanı ilə ticarət edib, İndi dəvə karvanı yoxdur, qatar var, mən də 20 il qabaq Rusiyanın Oryol şəhərinə qatarla gül aparıb satırdım. Voooot…

Gənc yazıçı Cavid Zeynallı isə bir foto paylaşıb, yazıçı dostuna “ilişib” və arzusunu dilə gətirib:

–          Belə bir unudulmuş, kədərli yerdə oturub bala-bala yazasan. Bütün texnoloji yeniliklərdən uzaq, dünyadan xəbərsiz. Gündə bir dəfə Del Geranini uzaqdakı balaca qəsəbə mağazasına göndərəsən araqla kolbasa ala.11160061_829456200464171_7208993041276807847_o

Gənc faal Bəxtiyar Hacıyevsə Rusiya prezidentinin bostanına daş atıb, o daş həmin bostana gedib çatıb, ya yox – onu deyə bilmirik, ancaq fakt odur ki, B.Hacıyev sözünü deyib:

–          Rusiya Prezidenti V.Putin deyib ki, heç kim inciməsin, amma Böyük Vətən Müharibəsində qələbə Rusiyanın insanları və sənaye gücü hesabına olub, digər SSRİ ölkələri olmasaydı da, biz qələbə qazanacaqdıq, çünki, biz qaliblər ölkəsiyik.

Müharibədən 60-70 il sonra Putin Rusiya Prezidenti kimi andiçməyə Rusiya avtomobilləri ilə yox, Mercedes Benz ilə gedir, hələ qələbədən, qaliblər ölkəsi olmaqdan danışır. Nə bilim, əşi…11244944_10153215482606421_2236132092254275814_o

Teleaparıcı Sənan Şəfizadə yeni qələbə arzulayıb:

–          Təqvimdə yeni qələbə gününə ehtiyac var. İnşALLAH o da olacaq. Bizə güc verən bayrağımız hər zaman öndə olsun. Qələbə gününüz mübarək!

Yazıçı Salam Sarvan isə bir az gizli şəkildə gileylənib:

– Oxucular buralarda tez-tez umu-küsü edirlər ki, niyə bizim dünyaya çıxarılası yazarımız yoxdu?

Gözəl insanlar, dünyaya öz yazarımızı çıxarmaq zor işdi. Daha asan başa gələsi şeylər var. Məsələn, əvvəlcə biz dünyaya öz nəlbəkimizi, öz ayaqqabımızı, öz diş məcunumuzu çıxarmalıyıq… Bunun ardınca öz qanacaq-qabiliyyətimizi göstərməliyik dünyaya. Yazarımız dünyaya çıxmasa da olar.

Yazıçı Qan Turalı isə əfsanəvi rus yazıçı ilə ortaq cəhətini kəşf edib:

–          Dostoyevski ilə ortaq cəhətim: İkimiz də maşın sürə bilmirik.

Gənc yazıçı Emin Piri də giley dolu notlara köklənib:

–          Bizim edebi neslin ugursuzlugunun esas sebebi bir-birlerine besledikleri nifret, qezebdir. Paxilliq,eqo,qezeb duygularindan kenara cixsaq her sey gozlediyimizden daha yaxsi olacaq.

Yazıçı-publisist Mehriban Vezir isə Türkiyədəki seçki əhval-ruhiyyəsindən bəhs edib:

–          İstanbulun məhlələri seçki qaynayır. AKP, CHP, xüsusən də HDP gur-gur guruldayır. Cəddinə arxayın MHP də arabir kölgə kimi gözə dəyməkdədir.

Tənqidçi Əsəd Cahangir isə yazıçılarımızı tərifləyib:

–          Hamid Herischi, Murad Kohneqala, Salam Sarvan – bunlar son dövr ədəbiyyatımızın anormal dərəcədə istedadlı imzalarıdır. Belələri bu tezliklə məncə olmayacaq. İstedad səbət kənarından tökülən gilas deyil. Allah onu xalqa müəyyən ekonomiya ilə verir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir