Evinizin dekorasiyası ilə bağlı hansı stilə üstünlük verməli olduğunuzu müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə, “Gencaile.az” saytının “Evin işi” rubrikasındakı təqdim etdiyimiz tövsiyələrlə qərar verə bilərsiniz.
Skandinaviya stili
Dekorasiyanın bu növü soyuq skandinaviya ölkələrində meydana gəldiyindən bu stildə əsas özəllik işığın və istiliyin daha çox olmasındadır.
Bu dekorasiya üçün sizin açıq rəngli divar kağızlarından istifadə etməyiniz və ya divarlara açıq rəngli boya vurmağınız tövsiyə olunur.
Pəncərələrdə hər hansı dekorasiya dəyişikliyi etməyə ehtiyac yoxdur. Bunu etməmək eviniziə daha çox günəş enerjisinin daxil olmasına və dolayısıyla daha yaxşı işıq düşməsinə səbəb olacaq.
Bu stildə çox sayda işıq lampalarından istifadə olunmalıdır. Həmçinin divarlardan tablo və fotolar asmaq də fərqli görüntü yaradacaq. Digər tərəfdən, evin içində xalçalardan istifadə etməklə də evdə istiliyi artırmaq olar.
Eklentik stil
Buradaki özəllik normalda birləşdirilməyən şeyləri birləşdirrməkdir.
Nə qədər orijinal olsa da, otaqdakı hər bir əşya dekorasiyaya uyğun olmalıdır və dekorasiya eklentik stilə uyğun gəlməlidir.
Ekzotik əşyalarla parallel olaraq klassik mebel üslubları da istifadə edilə bilər. Dekorasiyanın bu stilinə nələrin əlavə edilməsi və ya edilməməsi mövzusunda ciddi qaydalar yoxdur.
Mebellərin bəziləri və divarların bir qismi ağ olduqda rənglərlə müəyyən ekspermentlər aparmaq daha asan olur.
Bütün obyektlər gözəl və yüksək keyfiyyətli olmalıdır; Əks halda, səyləriniz evin istənilən kimi görünməməsi ilə nəticələnə bilər.
Çardaqarası stili
Bu stilin əsas fərqi kərpicdən hörülən divarları və həmin divarlarda olan boruları evdəki bəzəyin bir hissəsinə çevirməkdir. Bütün divarların kərpiclə hörüldüyünün görülməsi vacib deyil, amma ən azı bir divar üçün şərtdir.
Bu tərzi evinizdə tətbiq etmək üçün evinizin pəncərələrinin geniş, tavanının isə yüksək olması mütləqdir.
Provence üslubu
İşığa, dənizin ruhuna və təbii rəngarəngliyə üstünlük verilən üslubdur. Rəng sxemi yumşaq tonlardan ibarət olmalıdır. Qum, dəniz və ya çiçəkləri bəzəməyi sizə xatırladan rənglərdən istifadə etmək daha yaxşı olardı.
Mebellərin incə olmasına fikir verilməlidir. Mebellərin içində antik əşyaların olmasına xüsusi diqqət yetirilməlidir.
Divarların dekorasiyasında bitki və çiçəklərə yer verilməsi evin görüntüsünə əlavə rəng qata bilər. Amma bunda ifrata varmamağa önəm verilməlidir. Kiçik bəzək əşyaları, divarda asılan tablolar və şəkillərin də evin görüntüsünü pozmamasına diqqət yetirilərsə, ortaya gözəl mənzərə çıxacağına şübhə yoxdur.
FATEH