qadin

Mükəmməl görünən dünya ulduzlarının kompleksləri

Baxış sayı: 670

Hollivud ulduzlarının bizim kimi problem və komplekslərinin olmadığını sanırıq. Biz onların qırmızı xalçada necə parladığını izləyərkən, onlar qüsurlarını say-say bitirə bilmir. Hətta ən mükəmməlləri belə..

 

Angelina Jolie

Heyranları onlarla əməliyyat keçirib, ona bənzəməyə çalışarkən, Jolie dodaqlarının həddən artıq böyük olduğunu düşünür.

Jennifer Lawrence

Jennifer müsahibəsində mükəmməl bədən quruluşuna sahib olmaq istədəyini qeyd edib. Belə ki, ulduz kök olduğunu düşünür.

 Will Smith

Dünya ulduzu qulaqlarından heç məmnun deyil. Məktəbli ikən sinif yolddaşları Willi «Fil Dambo» adlandırırdılar. Bu onu çox məyus edirdi.

Paris Hilton

Bəli, hətta onun belə kompleksi var. Paris ayaq ölçüsündən çox narazıdır. Ulduz 42 ölçülü gözəl ayaqqabı tapmaqda çətinlik çəkdiyini, ayaqlarını vizual olaraq balacalaşdırmaq üçün davamlı dikdaban ayaqqabı geyinməli olduğunu deyir.

Uma Thurman

Ulduz təbii saç rəngini sevmir. O, saçının həddindən artıq açıq rəngdə olduğunu, hətta bəyaza çaldığını düşünür.

Julia Roberts

Komplekslər Juliadan da yan keçmədi. Dünya ulduzu gənc yaşlarından hündür boyundan və böyük ağzından utanır və özgüvənini artırmaq üçün gözəllik yarışlarında iştirak edirdi.

Victoria Beckham

Victorianın güldüyü harda görülmüşdür? Adətən fotolarda ciddi üz ifadəsi ilə diqqət çəkən ulduz təbəssüm etməyi ozünə yaraşdırmır.

Scarlett Johansson

Dünyanın ən gözəl qadınlarından sayılan Scarlett çox kök olduğunu düşünür və hətta özünü qurbağaya oxşadır.

Tom Cruise

Bəli, o da mükəmməl deyil. Tom kiçik boyunu kompleks edir və boyunu bir az da olsa hündür göstərmək üçün xüsusi dabanlı ayaqqabılar tikdirir.

Bruce Willis

Onu bu siyahıda görmək sizi təəccübləndirdi, deyilmi? Bruce danışarkən hıçqırmasından və saçlarının tökülməsini kompleks edir.

Lily Collins

Lily uşaq yaşlarından qaşlarından narazıdır. Hətta uşaq ikən o, qaşlarını tamamilə qırxmışdı. Anası balaca Lilyni qarşısına alıb, qaşlarının onu unikal etdiyini və ona xüsusi gözəllik verdiyini izah etmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir