Couple at coffee bar

Mükəmməl sevgi münasibətinin qaydaları – “EvliSƏN”

Baxış sayı: 1. 833

“Gencaile.az” saytının “EvliSƏN” rubrikasında bu dəfə sevgi münasibətlərinin yolunda getməsi üçün əməl etməli olduğunuz qaydalardan bəhs edəcəyik.

 

Cütlüklərin münasibətləri haqqında doğru olduğunu düşündüyü şeylər əslində, yanlış ola bilər. Əgər münasibətlərinizdə qaydasında olduğuna inandığınız məqamlar varsa və yetərincədirsə, ilişkini tənzimləyən həmin nüanslarda həqiqətən problem olmadığına əmin olun.

 

Zövq müxtəlifliyi problem deyil

Sevgilinizlə və ya həyat yoldaşınızla eyni şeylərdən zövq almağa məcbur deyilsiniz. Məsələn, əgər həyat yoldaşınız futbol azarkeçidirsə, sizin də onunla matçları məcburiyyətdən izləməyiniz vacib deyil.  Əgər bu, sizin ortaq marağınız deyilsə,  bu hal sizə ancaq üzüntü verə bilər. Tərəflərdən biri ekran qarşısında istəmədən vaxt keçirməkdənsə, daha faydalı işlə məşğul ola bilər.

Hər ziyafətə birlikdə getməyə bilərsiniz

Əgər sevdiyiniz  adamla hələ evli deyilsəniz, deməli, onunla bütün ziyafətlərə getməyiniz  şərt deyil. Hətta bu ziyafəti sevgilinizin ailəsi təşkil etsə də. Tutaq ki, əgər özünüzü yorğun, əzgin və s. hiss edirsinizsə, sevgilinizlə mərasimə qatılmaya bilərsiniz. Belə məqamlarda ziyafət sahiblərinə hər hansı bir hədiyyə göndərməklə vəziyyəti düzəldə bilərsiniz.

En yakın arkadaşımdan mı hoşlanıyor?

Ən yaxın dostunuz sevgiliniz olmaya bilər

Xeyr, sevgiliniz ən yaxın dostunuz olmaya  bilər. Bu çox təbii haldır. Fərqli ortamlarda fərqli dostlarınızla əylənməyiniz normaldır. Əgər sevgiliniz sizinlə ehtiyac yarandıqda xəstəxanya gəlirsə, sevincinizi və ya kədərinizi sizinlə birlikdə yaşayırsa, münasibətlərinizdə üzərinə düşən məsuliyyəti dərk edirsə, bu, sizin üçün yetərli olmalıdır. Əgər sevgiliniz sizinlə bərabər hansısa seriala baxmırsa, bu, heç də onun sizi sevməməsi demək deyil.

Hadisələri axarına buraxın

Bəzən hadisələri öz axarına buraxmaq, baş verənləri olduğu kimi qəbul etmək ən doğrusudur. Belə olduqda nə qədər əhəmiyyətsiz məsələləri problemə çevirdiyinizi özünüz də görmüş olacaqsınız.

Kim nəyi bacarırsa, onu eləsin

Birlikdə yaşayan insanların işləri öz aralarında bölüşdürməsi daha yaxşı olar.Düzdür, işlərin bərabər bölünməsi mütləq deyil, amma bununla belə, tərəflər bir-birinin işini yüngülləşdirməyə səy göstərməlidirlər.

Hər an birlikdə olmamaq problem deyil

Hər həftə özünüzə bütöv bir günü ayırmağınız heç də hər zaman mümkün olmaya bilər.  Düzdür, normal münasibət üçün birlikdə keçirdiyiniz zaman kəsiyi təkcə evdə yemək yeməkdən və ardınca televizor izləməkdən ibarət olmamalıdır, ancaq hər dəfə vaxtınızı evdən kənarda keçirməyiniz də mümkün olmaya bilər və bunu problemə çevirmək yersiz hərəkət olardı.

Bəzən uzaq qalmaq yaxınlaşdırır

Münasibətləriniz qaydasında deyilsə, bu halda bir-birinizdən bir müddət uzaqlaşmağınız daha faydalı olacaq.  Həmin müddət isə bir-birinizi nə dərəcədə çox sevdiyinizi anlamağınıza zəmin yaradacaq. Üstəlik, səhvləri bağışlamaq da belədə daha asan olacaq. Bütün bunlar isə daha yaxşı ilişkiyə sahib olmağınızı şərtləndirəcək.

Hər şeyi paylaşmamaq olar

Nə qədər qəribə səslənsə də, tərəflərin bir-birindən müəyyən məsələləri gizlətməsi normaldır. Düzdü, həddindən artıq məqamları sirr olaraq saxlamaq yanlış yanaşma olardı, amma bəzi kiçik nüanslarda  nələrisə gizlətmək lazımdır. Məsələn, gələcək qaynanası sevgilinizin geyindiyi ayaqqabını bəyənməyibsə, bunu qarşı tərəfə deməklə onun ürəyinin sınmasına şərait yaratmayın.

Rəfiqələrinizin tənqidlərindən nəticə çıxarın

Əgər sizin bütün rəfiqələriniz sevdiyiniz şəxs haqqında tənqidi fikirlər səsləndirirsə, bu düşüncələri qəbul etmək sizin üçün asan olmasa da, həmin fikirlərdəki doğruluq payı yüksək ola bilər və siz bundan nəticə çıxarmalısınız.

Düşündüyünüzü deyin

Əgər münasibətlərinizdə hər hansı problem varsa, sizi ilişkilərinizdə nələrsə qane etmirsə, bunu sevgilinizlə mütləq paylaşın. Tərəflər arasında ünsiyyət probleminin olması qədər münasibətlərə zərbə vura biləcək çox az şey var.

Keçmiş sevgilinizdən bəhs etmək normaldır

Sizə qəribə görünsə də, qarşı tərəfə keçmiş sevgiliniz haqqında danışmağınız normal qarşılanmalı məqamlardandır. Bu, hazırda birlikdə olduğunuz adamın sizin problemləri, əvvəlki münasibətinizdə qarşılaşdığınız çətinlikləri bilməsi deməkdir ki, bu da ilişkinizə müsbət təsir edəcək. Ən əsası da hamı özündən əvvəlkindən daha yaxşı adam olmasını bilməkdən həzz alacaq. Bir şərtlə ki, keçmiş sevgiliniz haqda danışarkən heç də bütün yaşananları anlatmayasınız.

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir