Təraş – kişinin həyatının ayrılmaz hissəsidir. Kişinin saqqalı gündəlik 0,4 millimetr uzanmaqla tikanvari tüklərə çevrilir. Səliqəli təraşın şərtlərini bilirsinizsə, tük örtüyünü aradan qaldırmaq üçün 5 dəqiqə və ülgüclə bir neçə hərəkət kifayətdir. Sizə təraşı xoş rituala çevirmək və daim baxımlı görünməyin sirrlərini izah edirik.
Təraş üçün ən uyğun vaxt səhərdir, belə ki axşam istirahət etmiş dəri ülgücə tez uyğunlaşır. Ayıldıqdan sonra yuxu şişkinliyinin üzünüzdən çəkilməsi üçün 10-15 dəqiqə gözləyin və isti su ilə səliqə ilə yuyunun.
Addım 1. Dərini ülgüclə kontakta hazırlamaq və saqqalı yumşaltmaq üçün, saçaqlı dəsmalla sadə bir proseduru icra edin: onu isti suda isladıb, 30 saniyə üzünüzdə saxlayın.
Addım 2. Birinci addımdan sonra, ehtiyac varsa üzünüzə yumşaldıcı krem sürtə bilərsiniz, dərinizin təraşa hazır olduğunu düşünürsünüzsə, köpüklü flakonu və fırçanı götürün. Növbəti tapşırığınız – dairəvi hərəkətlərlə fırça ilə köpüyü çənə, yanaqlar və boğaz nahiyəsi üzərində bərabər şəkildə yayın.
Addım 3. Artıq ülgücü əlinizə alıb təraşa başlamaq olar: əvvəlcə saqqalı tüklərin çıxma istiqaməti üzrə yuxarıdan aşağıya doğru çənə xəttinə qədər qırxaraq yanaqlardakı tüklərdən azad olmaq lazımdır. Daha təmiz təraş üçün özünüzə, boş əlinizlə üzün dərisini dartmaqla kömək edə bilərsiniz. Çənə xəttinin çətin təmizlənən hissələrindəki tükləri qırxmaq üçün (xüsusən üzünüzdə batıq varsa), müxtəlif istiqamətdə ülgücü hərəkət etdirin, tükləri tərs istiqamətdə də qırxa bilərsiniz, lakin ehtiyatlı olun. Bundan əlavə, ülgücün dəstəyinə və ya elektroülgücə təzyiq göstərmək məsləhət deyil, yalnız ehtiyatlı və yüngül hərəkətlər effektivdir.
Yanaqlarda təraşı bitirdikdən sonra diqqətinizi boğaz nahiyəsinə yönəldin, eyni üsulla, tüklərin çıxma istiqamətində aşağıdan yuxarıya, çənə xəttinə doğru təraş edin. Hərdən boğazda ülgücə tabe olmayan bitişmiş tüklər olur, onları yalnız xüsusi manikür alətləri ilə aradan qaldırmaq olur.
Təraşın son hissəsi, bığlardır. Ən qalın tüklər bu hissədə çıxır, ona görə də qüsursuz təraş üçün tükləri yumşaltmaq məqsədilə ağız ətrafına yenidən köpük və ya qel vurmaq məsləhətdir. Bığ nahiyəsini təraş edərkən tükləri asanlıqla qırxmaq və minimum qıcıqlanmanı təmin etmək üçün üst dodağı dişlərin arasında saxlamaq və ülgücü kənarlardan aşağıya doğru hərəkət etdirmək lazımdır. Yadda saxlayın, təraş zamanı ülgücü bir neçə dəfə qaynar su ilə yaxalamaq lazımdır ki, tük və köpükdən təmizlənsin, əks halda ülgüclər öz işlərini görməyəcəklər.
Addım 4. Üzünüzdən köpüyün və ya qelin qalıqlarını silin və gördüyünüz işin nəticəsinə diqqətlə baxın: əgər natamam hissələr varsa və bəzi yerlərdə tüklər qalıbsa, ən yaxşısı qulluq vasitələrindən istifadə etməməklə, ülgücü qaynar su ilə isladıb yaş dəridə hərəkət etdirməklə qalan tükləri aradan qaldırmaqdır. Bir daha üzünüzü diqqətlə nəzərdən keçirin və təraşı qüsursuz etdiyinizdən əmin olun. Əgər təraş zamanı dərini zədələmisinizsə, dərhal kəsiklərə zəyli karandaşla əl gəzdirin.
Addım 5. Soyuq su ilə yuyunub dəsmalla üzünüzü yüngülvari qurulayın və prosedurun yekununda ovucunuzla massaj etməklə əvvəlcə losyon, sonra isə təraş kremi vurun. Gülümsəyin!