Yaxşı maqqaş alın: Üzünüzə düzgün forma vermədən əvvəl, yaxşı bir maqqaş alın. Doğru maqqaş seyrək qaşların qırılmasının qarşısını ala və rahatlıqla ən düzgün formanı verə bilərsiniz.
Təbiilikdən uzaqlaşmayın: Nazik alınmış və bir xətt şəklində görünən uzun qaşlar artıq çox köhnəlib. Uzun müddətdir ki, təbii və alınmamış qaşlar olduqca trenddir. Podium kraliçası Kara Delevinin alınmamış qaşları bir çox qadına bu barədə ilham verir. Üzünüzdə süni bir ifadə olmaması üçün qaşlarınızı çox nazik almamağa və qaş qələmi ilə hədsiz qalınlaşdırmamağa diqqət edin.
Boşluqları doldurun: Qaşlarınız seyrəkdirsə və aralarındakı boşluqlar gözünüzə pis görünürsə, qaş rənginə uyğun qaş qələmi ilə boşluqları doldurun. Qaşların boş hissələrini qələmlə doldurarkən qalın xətlər aparmaq əvəzinə, kiçik və yüngül toxunuşlarla daha təbii görünüş əldə edə bilərsiniz.
Darayın və düzəldin: Qaşların daha düzgün görünməsi üçün mütləq darayın. Qaşların aralarında boşluqlar varsa, qaş qələmi ilə yüngülcə doldurun və bir saç lakı ilə qaşları düzədin. Qaşları səliqəyə salan zaman saç lakından çox az miqdarda sıxmağa diqqət göstərin.
Ağ qələmlə son toxunuşu edin: Qaş altına parlaq və canlı görüntü verməsi üçün ağ qələm istifadə edin. Qaşların aşağı hissəsinə tətbiq olunan ağ qaş qələmləri, baxışlarınızı aşkarlayır və ortaya möhtəşəm qaş çıxır.
Bir peşəkarla məsləhətləşin: Dağınıq qaşlarla məşğul olmaq və forma vermək olduqca çətin bir işdir.Qaşlarınızı öz başınıza istədiyiniz formaya sala bilmirsinizsə, mütləq qaş mütəxəssisi ilə məsləhətləşin. Qaş mütəxəssisi üzünüzə ən uyğun formanı müəyyən edəcəkdir.