is

Münaqişə vəziyyətində “Tülkü” strategiyasını necə tətbiq etmək olar?

Baxış sayı: 1. 108

“Tülkü” davranış tərzi hiyləgərlik və münaqişəni həll etmək üçün ortaq yol axtarmaq deməkdir. Bu strategiyanı tətbiq etməkdə məqsəd münaqişənin hər iki tərəfini vəziyyətdən bərabər şərtlərlə, yəni qazanan və itirən olmadan çıxarmaqdır. Buradakı əsas vəzifə mübahisə etdiyiniz tərəfi bərabər olduğunuza inandırmaq və hər iki tərəf üçün məqsədəuyğun qərara nail olmaqdır. Başqa sözlə, güzəşt əldə etməkdir.

Münaqişə vəziyyətində “Tülkü” strategiyasını necə tətbiq etmək olar?

Münaqişə vəziyyətində “Tülkü” strategiyasını aşağıdakı hallarda tətbiq etmək tövsiyə olunur:

1) Münaqişənin hər iki tərəfi eyni gücə və nüfuza sahibdir, onlardan heç biri digəri üzərində üstünlüyə malik deyil.

2) Münaqişədən qalib çıxmaq üçün çox vaxt lazımdır, vaxt isə ya yoxdur, ya da onu sərf etmək məqsədəuyğun deyil.

3) Münaqişə tərəflərinin zidd maraqları var və bir-birinin fikrinin əleyhinə çıxış edirlər. Bu da digər modellərdən istifadəni qeyri-mümkün edir.

4) Münaqişə hər iki tərəfə müvəqqəti olaraq ortaq məxrəcə gəlmək və gələcəkdə yenidən bu məsələyə qayıtmaq üçün fürsət verir.

5) Rəqibə güzəştə getmək və münaqişənin ilkin məqsədinə düzəliş etməyə razısınız.

6) Tələblərinizi qismən təmin etmək, onları heç təmin etməməkdən daha yaxşı seçimdir….

7) Opponentlə normal qarşılıqlı əlaqələri qoruyub saxlamaq sizin üçün vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir