Zumrud Haqverdiyeva

Münasibətdə problemli qadın davranışları hansılardır? – “SEANS VAXTI”

Baxış sayı: 535

Qadın hansı xüsusiyyətlərə sahibdir?

1) Günahlandırma – hər hansı problem baş verdiyi zaman, bəyi günahlandırma mövqeyində dururlar. Romantik deyilsən, bütün davranışların göstəriş xatirinədir, əvvələr belə deyildin və.s bu kimi davranışlar zamanı bəy üçün böyük stress mənbəyinə çevrilir.

2) Aşırı dərəcədə qısqanclıq – Sosial şəbəkələrin şifrəsi, getdiyi yerlər, dost çevrəsi, iş əhatəsi- bütün hər biri daima izləmədə olur.

3) Ünsiyyətdən qaçır – hər hansı problem olduğu zaman, “Heç nə olmayıb “ “Sən böyüdürsən” tipli fikirlər bölüşür.

4) Diqqət aclığı yaşayan –  daim , hər an hər saniyə bəyi tərəfindən diqqətdə olmağı, onunla bir yerdə olmağı, onun bütün planlarında olmağa üstünlük verir.

5) Qoruyucu ana bəzən o həddə qorumaq istəyir ki, artıq o bir ana rolunda, bəyi isə yeniyetmə oğlan rolunda olur. Belə olduqda problem daha da qabarıq hal alır və bir birilərini anlamaq çox çətin olur.

6) Problemi həmin anda həll etmək istəyi bəzən elə olur ki, problemi o anda həll etmək əvəzinə, uzaqlaşıb, səhəri gün həmin problemi həll etmək daha sağlamdır. Bəzən elə olur ki, ümumiyyətlə ehtiyac qalmır buna, o anda problem kimi görünsə də əslində o qədər böyüdəcək hadisə baş verməyib.

7) Test edər Sən əvvəlki kimi sevmirsən! Kimi fikirlər irəli sürüb, öz düşüncəsi ilə bəyi test etməyə çalışar

8) Mənim sevdiyim şeyləri sən də sev – Həmin xanım istəyər ki, o nəyi sevirsə, bəy də onu sevsin, nəyə maraq göstərirsə, bəy də ona maraq göstərsin.

9) Empatiya hissi olmaması –  qarşısındakı bəyi anlamaq yerinə, nə hiss etdiyini anlamaq yerinə, daha çox özünü haqlı çıxarmağa çalışar və görməzdən gələr.

10) Soyuq qadınlar – ümumi soyuq obrazı yaradır. Hərşey onun üçün önəmsiz, problemdən qaçan, münasibətdə ümumi soyuqluq yaradır.

11) Özünü ifadə edə bilməyən – belə xanımlar nə istədiyini bilmədiyi halda, artıq qarşı tərəfin qəzəbinə tuş gəlir. Öz partnyoru ilə düzgün ünsiyyət qurmağa bacara bilmir.

 

Psixoloq Zümrüd Haqverdiyeva

“Bilmed Psixologiya, Nitq inkişafı və Reabilitasiya mərkəzi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir