Münasibətdə cütlüklərin bir-birinin hər xüsusiyyətini sevməsi mümkün deyil. Ancaq bu xüsusiyyətlər problemlərin əsas mövzusuna çevrilirsə və həll edilməmiş qalırsa, artıq o zaman addım atmalısınız.
1) Qəzəbinizi tanıyın və qəbul edin
Partnyorunuza xoşlamadığınız davranışı ilə bağlı narahatlığınızı bildirsəniz belə, o bunu düzəltməyib, sonra təkrar etsə, bu artıq zamanla qəzəbə çevrilə bilər. Ancaq bu mövzuda partnyorunuza qəzəbi əks etdirmək düzgün üsul deyil.
2) Sevmədiyiniz davranışları qəbul etməyə və ortaq bir nöqtəyə gəlməyə çalışın
Partnyorunuzun bəyənmədiyiniz xüsusiyyətləri sizinlə mübahisələrə səbəb olarsa, bundan imtina edin. Narahatlığınızı daim dilə gətirmək və dəyişdirməyə çalışmaq əvəzinə, onu qəbul etməyi öyrənin
3) Sevdiyiniz şeyləri yenidən kəşf edin
Münasibətlərdə bəzi xüsusiyyətlər illər ərzində sevgidən nifrətə dəyişə bilir. Misal üçün; 10 il əvvəl “yoldaşının sosial olmasını xoşlayıram” deyən biri bu gün “evdə olmayanda qəzəblənirəm ” deyə bilər. Belə hallarda bəyənmədiyiniz davranışı qəbul etmək və empatiya ilə yanaşmaq köklü bir dəyişiklik etməyə kömək edə bilər.
4) Problemə cütlük olaraq yanaşın
Bir çox cütlük nifrət etdikləri xüsusiyyətlər uğrunda sona qədər mübarizə apararaq münasibətlərini korlayır. Ancaq bunun əvəzinə, bəyənmədiyiniz xüsusiyyətlərə baxmayaraq, tərəfdaşınıza hörmət və sevgi göstərməyin bir yolunu tapmalısınız.
Zümrüd Haqverdiyeva
Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu