sevgi

Münasibətinizi yaxşılaşdıracaq sadə ifadələr - Onları daha tez-tez söyləyin

Baxış sayı: 487

Mütəxəssislər bildirirlər ki, münasibətlərdə harmoniyanı qorumağın ən asan üsullarından biri qarşı tərəfə xoş sözlər söyləməkdir. Qədim hikməti xatırlayaq: qadınlar eşitdiklərini sevir. Amma bu yalnız xanımlara aid deyil, kişilər də özlərinə ünvanlanan xüsusi sözləri eşitməkdən zövq alırlar.

Nəzakət, dəstək və məhəbbət ön plandadır

Psixoloqların fikrincə, məsələ yalnız sevgi və ehtiras ifadələrindən ibarət deyil. Əsas məqam  hörmət, dəstək və dəyər verməkdir.

Ən təsirli etiraflar

sevgi

1) İnsan hər zaman qəbul olunmağı sevir 

 Partnyora onun bütün üstünlükləri və çatışmazlıqları ilə qəbul edildiyini demək hörmət, dəyər və real gözləntilərin olduğunu xatırladır. Bu, birlikdə keçən illərin səhv olmadığını vurğulayan ən güclü mesajlardan biridir.

 

2) Hər kəs zəhmətinin qiymətləndirilməsini istəyir

Kim və nə qədər qazanır fərq etmir. Əsas odur ki, görülən işin dəyərləndirildiyi hiss edilsin. Buna görə də gündəlik həyatdakı səylərinə görə partnyora təşəkkür etmək heç zaman artıq olmaz.

 

3) Hər kəsə yanlarında dayanan insanın olması xoşdur

Ən çətin anlarda dəstək göstərən, köməyə tələsən partnyor ölçüyəgəlməz hörmət, səbr və minnətdarlığın təcəssümüdür. Mütəxəssislər deyir ki, “həmişə yanındayam” mesajı münasibətləri gücləndirən əsas ifadələrdən biridir.

 

Sifayə Abbas




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir