SEVGI

Münasibətlərdə sərhədləri necə qorumaq lazımdır?

Baxış sayı: 383

Münasibətlərdəki bir çox problemlər dolayı yolla müxtəlif problemləri təmsil edə bilər. Mütəxəssis Klinik Psixoloq Aziz Görkem Çətin, problemləri ciddi və ya əhəmiyyətsiz adlandırmağın doğru bir yanaşma olmadığını ifadə edərək, münasibətlərdə sərhədlərin qorunması lazım olduğunu vurğulayıb.

Mütəxəssisin fikrincə, cütlüklər problemlərini bir-birləri ilə təfərrüatlı şəkildə paylaşmaları və irəliləyiş əldə edə bilmədikləri təqdirdə dəstək almaları lazımdır.

sevgi-ayriliq

– Cütlüklər problemin həlli üçün uyğun mühit müəyyən etməlidirlər. Ətrafda başqaları olduqda problem haqqında danışmaq onu həll etməyə bilər.

– Emosiyaların, düşüncələrin altında başqa məna axtarmaq, niyyəti oxumaq olmaz.

– Problemlər indiki dövrdə həll edilməli və keçmiş problemlər daim gündəmə gətirilməməlidir.

– Uzun izahatlar ünsiyyəti gücləndirmir, mühakimələrdən qaçmaq lazımdır. Mühakimə münasibətləri korlayır.

– Əsasən emosiya ifadə olunmalıdır.

– Aktiv dinləmə olmalıdır.

– Müzakirələrdə haqlı olmağa diqqət etməkdənsə, məqsəd həll yolları hazırlamaq olmalıdır.

– Qəzəbinizi cilovlaya bilməyəcəyinizi hiss etdikdə, məsələni başqa vaxt müzakirə lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir