IS yeri

Münasibətləri korlamadan işdən ayrılmağın 7 QAYDASI

Baxış sayı: 1. 363

Yeni və sərfəli iş təklifi almısınız? Yəqin ki, sual və şübhələr sizə əzab verir. Rəhbərliyə işdən ayrılacağınızı necə söyləyəcəyinizi bilmirsiniz. Xüsusilə də şirkət üçün dəyərli işçisinizsə. Bu 7 məsləhət sizə kömək edəcək ki, iş yerinizi tərk edərkən rəhbər və komandayla münasibətləri qoruyub saxlaya biləsiniz.

 

1) Vaxtında xəbərdarlıq edin.

Rəhbəri nə qədər tez xəbərdar etsəniz, bir o qədər yaxşıdır. Təqvim ilinin hansı periodunda işdən ayrılmağınıza da diqqət yetirin. Əgər işin ən çox olduğu dövrdürsə, bir müddət qalmağa səy göstərin. Vacib və təcili işlərinizi görüb qurtarmadan işdən ayrılmayın.

 

2) Rəhbərə şəxsən bildirin.

Rəhbərinizlə görüşüb işdən ayrılacağınızı ona şəxsən bildirin. Telefon danışığı və elektron poçta göndərilmiş məktub pis alternativdir. Əgər rəhbəriniz uzun müddət olmayacaqsa, onun müavini ilə şəxsən görüşüb bildirmək olar. Rəhbərin özünə isə zəng və ya elektron məktub vasitəsilə xəbər verin. Rəhbərlə danışmamazdan əvvəl qətiyyən həmkarlarla bu məsələləri müzakirə etmək olmaz. Öz işəgötürəninizə və həmkarlarınıza minnətdarlığınızı bildirin, onlarla çalışdığınız dövrdə nələr öyrəndiyinizi və qazandığınızı deyin.

 

3) Sizi əvəz edəcək adam tapın.

Sevimli iş yerinizdən ayrılarkən sizi əvəz edəcək birini tapacağınıza söz verin. Həmin işçini tapdıqdan sonra işləri elə təhvil verin ki, komandanın iş keyfiyyətinə təsir göstərməsin.

 

4) Yazılı təlimat qoyun.

İşləri tam təhvil verə bilməyəcəksinizsə, yazılı təlimat qoyun. Bu, sizdən sonra gələn işçiyə yol göstərəcək və yarana biləcək sualları cavablandıracaq.

 

5) İşdən ayrılacağınızı dedikdən sonra da həvəslə işləyin.

Bir çox insan işdən ayrılacağını düşünərək hazırki iş yerində özünü müvəqqəti qonaq kimi aparır. Əgər siz əvvəlki iş yerinizlə xoş münasibətləri saxlamaq istəyirsinizsə, əlinizdən gələnin ən yaxşısını edin. Bu, işgüzar nüfuz üçün çox böyük əhəmiyyətə malikdir.

İşdən ayrılandan bir neçə ay sonra da əlaqəni itirməməyə çalışın ki, işlə bağlı hər hansı çətinlik yaransa, sizə zəng edə və ya yaza bilsinlər.

 

6) İşgüzar ortaqlarınızı məlumatlandırın.

Niyyətinizi rəhbərə və həmkarlara bildirdikdən və sizi əvəz edəcək birini tapdıqdan sonra işgüzar ortaqlarınızı da xəbərdar etməyi unutmayın. Sizin yerinizə keçən işçini onlara təqdim edin.

 

7) Rəhbərə və həmkarlarınıza əlaqə vasitələrinizi bildirin.

Bununla siz gələcəkdə də yaxşı münasibətlərdə qalmağı arzu etdiyinizi göstərmiş olacaqsınız.

Unutmayın, iş dünyası çox kiçikdir. İşdən ayrılarkən körpüləri yandırmayın, keçmiş həmkarlarınızla yaxşı münasibətləri qoruyub saxlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir