menzil

“Müqaviləsiz və sığortasız evlər həm ev sahibinə, həm də kirayəçiyə problem yaşadır”

Baxış sayı: 362

Bəzi sahibkarlar ev və ya obyektləri kirayə verdikləri zaman vergidən yayınmaq üçün notarial şəkildə müqavilə bağlamaqdan çəkinirlər. Vergi ödəmək məcburiyyəti olsa da, notarial şəkildə müqavilə bağlamağın bir sıra üstünlükləri var.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, “bir əmlak icarəyə verilirsə, mütləq şəkildə onun icarə müqaviləsi notarial qaydada bağlanmalıdır.

Notarial qaydada bağlanan icarə müqaviləsində icarə götürənin və icarə verənin bütün hüquqları qeyd olunur. Əgər hər iki tərəfdən biri müqavilənin şərtlərini pozarsa, təbii ki, müqaviləyə uyğun olaraq, qarşı tərəfə təzminat ödəməlidir”.

Elnur Fərzəliyev

“Əksər hallarda şahidi oluruq ki, mənzilləri icarəyə götürmüş şəxslər bəlli bir vaxtdan sonra mənzil sahibi tərəfindən evdən çıxarılır və ya icarə qiyməti artırılır və s. digər problemlər yaşanır. Təbii ki, bunların da başlıca səbəbi rəsmi icarə müqaviləsinin olmamasıdır. Bundan əlavə, icarəyə verilən əmlaklar da, mənzillər də əksər hallarda sığortalı olmur. Həmin əmlaklar sığortalanmır. Sığortanın olmaması səbəbindən həmin əmlakda hansısa sığorta hadisəsi baş verəndə; yəni mənzildə su axıntısı, yanğın və s. hadisə zamanı mənzil sahibi ilə icarəyə götürən arasında münaqişə yaranır və bu məsələlər məhkəmələrə qədər gedib çıxa bilir”-deyən ekspert bildirib ki, əmlakların sığortası olarsa, dəymiş zərər sığorta şirkətləri tərəfindən qarşılana bilir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir