is

Müsahibəyə hazırlaşarkən xanımlar nələrə diqqət etməli və necə geyinməlidir?

Baxış sayı: 1. 178
İş axtarışı problemi gec və ya tez hər birimizin qarşısında durur.Yaxşı yazılmış bir CV, yaxşı təhsil və iş təcrübəsi ilə yanaşı, zahiri görünüşünüzlə işəgötürənə müsbət təəssürat yaratmalısınız.Məşhur fransız dizayneri və moda simvolu Koko Şanel deyirdi: “Sizin ilkin təəssürat yaratmaq üçün ikinci bir şansınız olmayacaq” Bu aforizm müasir statistika ilə əks olunur: Məşhur bir araşdırmaya görə, əvvəllər işə götürənin əsas tələbi təhsil olsa da, indi ilkin təəssüratdır.

İlk öncə müsahibəyə getdiyiniz şirkət haqqında məlumat toplayın. Bu şirkətdə daxili dress-code (təşkilatın qəbul elədiyi geyim tərzi) olarsa, onda müvafiq forma və ya rəngdə geyinmək üçün cəhd edin.

 

1. Qadın üçün iş kostyumu. 

Klassik bir üslub hər zaman bir qalibiyyət qazanma seçimidir. İşgüzar kostyum müsahibədə köməyinizə çatacaq. Əsasən şalvar ilə deyil, ətək ilə olan kostyuma üstünlük verin. Boz, qəhvəyi, mavi, qara rəngli konservativ rənglərin istifadəsi məsləhətdir. Yay aylarında isə açıq rənglər idealdır.
Geyim seçimində aqressiv rənglərdən istifadə etməyi imtina edin. Qızıl, narıncı, qırmızı kimi rənglər müsahibə üçün uyğun deyil, və hətta qadağandır. Əgər sizin kostyumunuzun rəngi tünddürsə, onda geyiminizi yüngül aksesuarlarla, məsələn, yaylıq, broş, qolbaqla tamamlayın.

 

2. Ətək. 

Klassik qələm ətək, ofis geyimi üçün idealdır. Ətəyin uzunluğunun dizə qədər və ya biraz aşağı olması məqsədə uyğundur. Koko Şanel iddia edirdi ki, mükəmməl ətək mütləq dizi bağlamalıdır, hətta siz oturduğunuz halda belə.

 

3. Pencək.

Pencəyin altında dekolte zonasını açmayan, açıq rəngli və monotonik köynək geyinmək daha yaxşıdır. Qışda, müsahibə üçün bluzların yerinə, bir boğazlı köynək geyinə bilərsiniz. Yalnız yay aylarında isti olduğu təqdirdə, pencəyi çıxarda bilərsiniz. Qısa qollu köynək və pencəklərdən çəkinin.

 

4. Şalvar.

Müsahibə üçün şalvar geyinməyə qərar verdinizsə, şalvarın uzunluğuna diqqət yetirin. Şalvar çox qısa və ya çox uzun olmamalıdır. Neytral rəngli corablardan istifadə edin. Corabınızın başqaları tərəfdən görünməməsinə diqqət yetirin.

 

5. Don.

Eleqant, zərif və ya açıq rəngli donu pencək ilə tamamlaya bilərsiniz.

 

6. Ayaqqabı.

Klassik görünüşün ən yaxşı yolu qısa dabanlı ayaqqabıdır. Ayaqqabılarınız keyfiyyətli, təmiz olmalıdır, bütöv görünüşünüzü tamamlamalıdır. Heç bir halda ayaqqabının burun və ya daban hissələri açıq olmamalıdır. Çantanıza ayaqqabınızı təmizləmək üçün süngər qoymağı və müsahibədən əvvəl ayaqqabılarınızı təmizləməyi unutmayın.
Əlavə olaraq qeyd edək ki, ən əsas məsələ geyiminizin təmiz, yaxşı ütülənmiş və səliqəli olmasıdır.

 

7. Saç düzümü.

Saç düzümü, makiyaj və dırnaqlarınıza xüsusi diqqət yetirməlisiniz. Uzun saçları yuxarıdan səliqəli şəkildə yığa, yaxud “sünbül” hörgü edə, kiçik saç sancaqları ilə toplaya bilərsiniz. Qısa saçları isə səliqəsinə şəkildə düzləşdirə bilərsiniz. Çalışın rəngli saç aksesuarlarından istifadə etməyin.

 

8. Makiyaj və dırnaqlar. 

Həmçinin, parlaq, rəngli makiyaj və manikurdan imtina edin. Dırnaqlar düzgün bir şəkildə düzəlmiş, gözəl bir formada və yenədə neytral tonlarda boyadılmış olmalıdır.

 

9. Aksesuarlar.

Qadınlara müsahibə üçün hansı aksesuarlardan istifadəyə icazə verilir? Sırğalarınız bir az görünməlidir. Əlinizdə bir neçə biləklik və üzüklər ola bilər. İdeal olan 1 biləklik və 1 üzükdür. Həm də bir iş qadını imicini yaratmaq üçün yaxşı bir marka saatdan da istifadə edə bilərsiniz.

 

10. Ətir. 

Ağır olmayan ətirdən istifadə etməyiniz məsləhətdir. Bununla zərif bir görüntü yaratmış olacaqsınız.

 

Müsahibə üçün uyğun deyil:
● İdman paltarı və ayaqqabısı;
● Şort, legins, tayt;
● Alt paltarınız görünən şəffaf və dar paltarlar;
● Dar paltarlar və ətəklər;
● Çox gözə çarpan rəngli paltarlar;
● Mini ətək;
● Həddindən artıq dekolte paltarlar və köynəklər;
● Bant ilə bluzlar;
● Çimərlik ayaqqabısı, sandal, ayağınızın göründüyü ayaqqabı.

 ish

ƏLAVƏ MƏSLƏHƏTLƏRİMİZ:

1. CV-nizdə qeyd olunan təcrübə müraciət etdiyiniz müəssisənin tələblərinə uyğun olmalıdır. Katib, ofis meneceri, müəllim, administrator – bu kimi digər peşələr üzrə çalışan əməkdaşlar həmçinin şirkəti təmsil edən simalardır. Nəzərə alın ki, siz işə qəbul olunduğunuz təqdirdə digər günlərdə də müsahibəyə gəldiyiniz kimi imicinizə diqqət yetirməlisiniz.

2. Seçdiyiniz geyimlər sizə uyğun olmalıdır, özünüzü rahat hiss etməlisiz.

3. Klassik üsluba riayət edin, əlbəttə ki, moda sahəsinə aid bir müəssisəyə daxil olmadığınız halda. Yalnız bu şərtlə avanqard yaradıcılıq üslubuna sahib ola bilərsiniz.

4. Müsahibədə təvazökar olun, ən yaxşı keyfiyyətlərinizi göstərməyə çalışın. Mobil telefonunuzu söndürməyi unutmayın.

5. Mülayim olun və mütləq gülümsəyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir