musiqi

Musiqi uşaqları necə inkişaf etdirir?

Baxış sayı: 1. 429

Musiqi ilə müntəzəm məşğul olmaq yeniyetməlik dövründə beynin strukturunu dəyişir. Nəticədə yaradıcı təfəkkür qabiliyyəti ilə yanaşı, səs yaddaşı inkişaf edir.

Amerika mütəxəssisləri 40 məktəblini iki qrupa bölərək apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər.

Uşaqların bir qrupu həftədə 2-3 dəfə musiqi ilə məşğul olub, qalanları idman seksiyalarına gediblər. Eksperimentin əvvəlində alimlər sınaqdan keçirilənlərin musiqiyə reaksiyasını qiymətləndiriblər. Üç ildən sonra təcrübə təkrarlanıb. Alimlər “musiqi” qrupundan olan uşaqların baş beynində müvafiq dövrdə musiqi yaddaşı ilə bağlı nahiyələrin inkişafını göstərən dəyişikliyi müşahidə ediblər.

Tədqiqatın müəllifi Nina Krauz araşdırmanın nəticələrini şərh edərək deyib: “Məhdud maliyyələşmə şəraitində musiqi dərsləri təhsil sahəsində ilk növbədə ixtisara salınanlar sırasında olur. Apardığımız tədqiqatlar sübut edir ki, istənilən orta məktəbdə musiqi dərslərinə mütləq yer verilməlidir.”

Image result for Musiqi uşaqları necə inkişaf etdirir?