qehve

Mütəxəssislərdən qəhvə ilə bağlı məsləhət: Bu saatda için  

Baxış sayı: 309

Səhər oyanıb günə daha enerjili başlamaq üçün istehlak edilən qəhvə gün ərzində, xüsusilə qış aylarında xoş söhbətlər üçün isti alternativ olaraq tez-tez seçilir. Ancaq bəzi araşdırmalar qəhvə içmək üçün müəyyən saatların olduğunu üzə çıxarıb.

Qəhvədən istənilən effekti əldə etmək üçün kortizol hormonunun səviyyəsinin aşağı düşdüyü saatları seçmək lazımdır.

Bizə enerji verən və gün ərzində aktiv olmağımıza kömək edən kortizol səviyyəsi günə başladığımız zaman səhər saat 8-9 arasında zirvəyə çatır.

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar göstərir ki, qəhvədən faydalanmaq üçün müəyyən fasilələrlə istehlak edilməlidir.

Səhər saat 9:30-11:30 arası səhər qəhvəsi içmək üçün ən yaxşı vaxt hesab olunur. Eyni zamanda günorta saat 13:30-17:00 arası qəhvə içmək üçün uyğun vaxtlar olaraq bilinir. Saat 13:30-da orqanizmin yığdığı enerjini itirməyə başladığı vaxt olduğu üçün bu saatlarda kofe içmək enerjimizi bərpa etməyə kömək edir.

 

Aysel Şahmar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir