menzil

“Mütləq şəkildə həmin əmlaklara çıxarış verilməlidir”

Baxış sayı: 541

“Azərbaycanda avtomobil sığortası sahəsi çox inkişaf etsə də, daşınmaz əmlakın sığortalanması məcburiyyətdən oldu. Çox az hallarda könüllük prinsipləri ilə olurdu. 2022-ci ildə satılan əmlakların böyük əksəriyyəti, təqribən 60%-dən çoxu kreditli şərtlərlə satıldı.

İpoteka, bank daxili və yaxud digər kredit şərtləri ilə satıldığına görə, kreditlə satılan bütün əmlaklar məcburən sığortalandı. Yəni o kredit bitən günə qədər 3,5,10,20,25 il müddətində hər il sığortalanır. Lakin digər əmlaklar, tutaq köhnə tikili binalarda və yaxud yeni tikili binalarda sığorta olmasa da həmin mənzilin alqı-satqısı zamanı notariusda yenə də məcburi-icbari sığorta ilə sığortalanırdı”.

Bu barədə danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərəzliyevin sözlərinə görə, avtomobillərin sığortalanması daha çox avtomobil sahiblərinə xeyir verir. Yəni illik icbari minimal siğorta ilə siğortalanan avtomobil hər hansısa bir qəza baş verən zaman dəymiş zərəri sığorta şirkəti qarşılayır. Evlərin sığortalanması isə, Bakı şəhərində 50 manatdır. 50 manata sığortalanmış bir əmlakda hər hansısa bir yanğın və su basma hadisəsi baş verərsə, sığorta şirkətləri qiymətləndirmə aparır. 25 min manata qədər dəymiş zərəri qarşılayır.

elnur ferzeliyev

“Sığorta radarı odur ki, dövlət sığorta agentliyi ilə əmlak xidmətləri arasında qarşılıqlı müqavilə imzalanır. Bütün çıxarışlı əmlakların siyahısı hazırlanır. Həmin çıxarışlı əmlakların hansında ünvan olaraq, sığorta olub-olmaması müəyyən edilir. Bu, artıq sığorta agentliyinə bəlli olur. Necə ki, avtomobillərin sığortası olmadığı zaman hansısa radar qarşısına, kamera qarşısına keçəndə ona cərimə yazılır, bu formada daşınmaz əmlaklarda da olacaq”,- deyə Fərzəliyev qeyd edib.

Ekspert bildirib ki, insanlar 10 minlərlə, yüz minlərlə dəyəri olan əmlakları alır, amma onu icbari sığorta ilə belə sığortalamırlar. Nə vaxtsa bir hadisə baş verən zaman, artıq mənzil sahibi, əmlak sahibi böyük bir zərərlə qarşı qarşıya qalır.

Elnur Fərzəliyev qeyd edib ki, Bakı şəhərindəki əmlakların böyük əksəriyyəti kirayələr üçün alınıb, kirayə verilir. Ən çox sığorta hadisələri də həmin o kirayəyə verilmiş mənzillərdə baş verir. Su basma, yanğın, qısa qapanma, hamamda partlayış və s. hadisələr baş verən zaman sığortalanmış əmlaka dəymiş zərəri sığorta şirkəti qarşılayır.

“Digər sığorta paketləri var ki, nisbətən daha vahid qiymətə bu əmlakın tam dəyərini sığortalayır. Bu gün təkcə paytaxt Bakıda 100 minlərlə çıxarışı olmayan əmlaklar var. Onların çıxarışı olmadığına görə, mülkiyyət hüququ tanınmadığına görə bu əmlaklar sığortalana bilmir. Yəni bu baxımdan bu sahədə məcburiyyət olacaqsa, mütləq şəkildə həmin əmlaklara çıxarış verilməlidir”,- deyə ekspert bildirib.

Elnur Fərzəliyev hesab edir ki, əmlak sığortasının məcburi olması, daha çox əmlak sahiblərinə fayda verəcək.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir