Hər bir ölkənin adət-ənənə və həyat tərzi təhsil sisteminə də təsirsiz ötüşməyib. Azərbaycan məktəblərinin qanunları ilə hamımız tanışıq. Bəs dünya ölkələrində vəziyyət necədir?
Beləliklə, oxucularımızı dünyanın müxtəlif ölkələrində məktəblərdə şagirdlərə qoyulan qadağalarla tanış edib. İnanılmaz məktəb qaydalarını seçmişik, sizi isə onların hansı ölkədə tətbiq olunduğunu təxmin etməyə dəvət edirik. Beləliklə, başlayaq!
Alt paltarlarında geyim kodu
Məktəbli forması hər kəs üçün eynidir. Deyə bilərsiniz ki, burda qəribə nə var? Məsələ ondadır ki, bu qayda sadəcə üst deyil, alt geyimlərinə də aid edilir. Qızlar üçün təyin edilən bütün alt paltarları ağ rəngdə və krujevasızdır. Bəzi təhsil müəssisələrində, xüsusən də özəl müəssisələrdə və kişi müəllimlər tərəfindən bu, hələ də yoxlanılır. Hökumət bu alçaldıcı qadağanı ləğv etməyə çalışsa da, məktəb direktorları “ənənələrin” vacibliyini əsas gətirərək bunu dəstəkləmədilər.
Bura Cənubi Koreyadır!
40 000 dollar
Bu ölkədə orta məktəb təhsili istəyə bağlıdır, lakin o da aydındır ki, orta məktəbi bitirməyən şagirdlər kollecə qəbul ola bilməz. Təhsil haqqı isə çox yüksəkdir. 40 000 dollara uniformalar və məcburi ortopedik çantalar daxil deyil.
Məktəb 12 illikdir. Qızlara makiyaj və saçları boyamaq qadağandır. Məktəbli uniforması hər kəs üçün məcburidir, kolqotqalara icazə verilmir, məqsəd bədəni gücləndirməkdir.
Yeməkxana yoxdur, yemək evdən gətirilir, hər kəs sinifdə, öz partasında yeyir. Məktəbi şagirdlər özləri yuyur, təmizləyir, səliqəyə salır. Bəli, hətta tualeti də.
Valideynlərə avtomobil sürmək və uşaqlarını məktəbə aparmaq qəti qadağandır. Məktəb avtobusları da yoxdur. Hər bir şagird üçün “ev-məktəb-ev” marşrutu təyin edilir. Prosesə polis və növbətçilər nəzarət edir. Hər bir gecikmə qeydə alınır və xüsusi jurnalda qeyd olunur. Müəyyən sayda gecikmələr cərimə ilə nəticələnir.
Bəli, təlim-tərbiyə mövzusunda Yaponiya olduqca sərtdir.
50 nəfərlik sinif
Yuxu saatları məcburidir. Şagirdlər sinif otağında elə stol və stullarda yuxu gedirlər. Siz məktəbi bütün dərslər bitdikdən sonra tərk edə bilərsiniz, çünki ərazi bağlıdır!
Ölkənin mərkəzində və cənubunda məktəblər kifayət qədər qızdırılmadığından uşaqlar bəzən parta arxasında üst paltarda əyləşirlər.
Bədən tərbiyəsi xüsusilə ağır keçir. Dərslər səhər 7-8-dən başlayır və 3-4-də bitir. “Ura, evə!” deyə qışqırmağa tələsməyin. Saat 4-dən sonra ev tapşırığı vaxtı gəlir, bu, məktəbdə də edilir və bəzən axşam 9-a qədər çəkir.
Zəif oxuyanlar sinfdən qovula bilər. Daha sonra şagirdləri kunq fu məktəbi gözləyir. Bu, səhərdən axşama qədər pansion və məşq deməkdir. Təlimin məqsədi kunq-fu müəllimi olmaqdır. Diqqət yetirin, başqa yol yoxdur, uşaq heç bir halda təhsildən boyun qaçıra bilməz.
Yəqin artıq təxmin etdiniz ki, söhbət Çindən gedir.
Yay tətili cəmi 6 həftədir
1 sentyabrın təqvimin qırmızı günü olduğuna əminsinizmi? Bu ölkədə 1 sentyabr şagirdlər üçün kifayət qədər dərs yükünün olduğu adi bir gündür.
Məktəbdə yeməkxanalar mövcud deyil. Sendviç gətirmisinizsə, oturub yeyin, unutmusunuzsa – dərslərin sonuna qədər gözləməli olacaqsınız. Və ya qəlyanaltı yemək üçün evə qaça bilərsiniz.
Niderlandda uşaqlar gələcək həyatın çətinliklərinə belə hazırlanır.
Cərimələr
Məktəbdə davamiyyətin səbəbsiz yerə pozulmasına görə, valideynlər məsuliyyət daşıyır. Ciddi bir arqument olmadan məktəbi buraxmaq valideynlərə təxminən 200-250 avroya başa gələcək.
Hələ də oğlanlar və qızlar üçün ayrıca məktəblər var. Yatılı internat məktəblərində uşaqlar bütün il boyu ən sərt nizam-intizam qaydaları altında yaşayırlar. Yəqin ki, oxşar filmlərə dəfələrlə baxmısınız, ən parlaq nümunəsi “Hoqvarts Cadu və Sehrbazlıq Məktəbi”dir.
Təbii ki, bura Böyük Britaniyadır.
Futbol oynamaq olmaz
İbtidai məktəbdə uşaqlar təsadüfən başqasını incitməmək üçün özü-özünü qucaqlayıb dəhlizlərdə gəzməlidirlər, çünki insan toxunulmazdır!
Orta məktəbdə sinif otağının girişində xüsusi lövhə var, dərs zamanı hər kəs telefonunu aparıb ora qoymalıdır.
Futbol da qadağandır, çünki bu oyun azyaşlı şagirdlər üçün təhlükəli ola bilər. Həmçinin, “Simpsonlar” cizgi filmindəki hər hansı geyim və əşyaları qəti qadağandır.
Düzdür, bura ABŞ-dır. (“Publika.az”)