afrika

Müxtəlif ölkələrdə qadınların qəribə gözəllik anlayışları… – FOTOLAR

Baxış sayı: 1. 685

Gözəllik anlayışı hər ölkəyə və hər qadına görə fərqli olur. Bir çoxumuza qüsur olaraq görünənlər, kimisi üçün gözəl görünə bilər. Beləliklə, ölkələrə görə qadınların gözəllik anlayışları haqqında sizə maraqlı məlumatları təqdim edirik:

 

Yaponiya

Bəzi Qərb ölkələrində dişləri muncuq kimi düzlmüş olan qadınların daha çəkici olduğu deyilir. Lakin Yaponiyada çarpaz dişlərə sahib olan qadınların daha gözəl göründüyünə inanırlar.

 Çarpık dişler - Japonya

Qərbi Afrika

Burada yaşayan Yeni Qvineya xalqı bədənlərinə və üzlərinə döymə etdirən qadınların daha gözəl göründüyünü düşünür.

 Kazıma - Batı Afrika, Yeni Gine

Cənubi Koreya

Cənubi Koreyada qadınların gözəl görünmə yöntəmi siyahımızın ən maraqlılarındandır. Burada qadınlar ürək şəklində bir üzə sahib olduqları zaman gözəl göründüklərini düşünürlər. Bunun üçün onlar bir neçə plastik əməliyyat belə, etdirirlər.

 Kalp şeklinde bir yüz - Güney Kore

İran

İranda daha çox burunun insanı gözəl göstərib- göstərmədiyi düşünülür. Hətta qadınlarla yanaşı, bir çox kişilər də burun əməliyyatı etdirirlər.

Burun estetiği - İran

Myanma

Myanmada dağ kəndlərində yaşayan qadınlar uzunboylu olduqları zaman gözəl göründükləri qənaətində olurlar. Onlar bu istəklərinə nail olmaq üçün özlərinə sözün əsl mənasında işgəncə verirlər. Boyunlarına halqalar taxaraq gözəl görünüşə sahib olduqlarını hiss edirlər. Mütəxəssislər halqanın çiyinləri zamanla aşağıya doğru itələyərək boynun uzanmasını reallaşdırdığını söyləyirlər.

Halqalar hər üç ildən bir üç ədəd artırılaraq ailə qurana qədər, ya da 20 yaşına qədər taxılır. Ən çox 32 halqa ola bilər. Düyüdən hazırlanan halqalar təxminən 10-12 kiloqram olur.

 Uzun bir boyun - Burma

Efiopiya

Efiopiyada bəzi qəbilələrdə qızlar alt dodaqlarına özəl hazırlanmış xüsusi qapağa bənzər əşyanı taxaraq gözəl görünüşə sahib olacaqlarını düşünürlər.

Onların adətinə görə, ancaq 20 yaşına çatmış gənc qızlar bunu edə bilərlər. Alt dodaqlarını bir az kəsib daha sonra böyütməyə başlayırlar. Bu üsul ilə dodağın içinə yerləşən yumru əşya nə qədər böyük olarsa, gənc qız ailə həyatı qurduqda başlıq pulu da bir o qədər çox olur.

 Gerdirilmiş dudaklar - Mursi halkı

Tacikistan

Bu ölkənin bəzi yerlərində qaşları bitişik qadın gözəlliyin nümunəsi olaraq göstərilir. Yerli xalq birləşik qaşları şanslı bir həyatın işarəsi kimi də görür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir