yemek

Müxtəlif ölkələrin maraqlı süfrə adətləri

Baxış sayı: 778

Hər ölkənin özünəməxsus  mədəniyyəti, adət-ənənələri fərqli olduğu kimi, süfrə mədəniyyəti də fərqlidir. Bu yazıda müxtəlif ölkələrin maraqlı süfrə adətlərindən  bəhs edəcəyik.

 

Koreya

Koreyada masadakı ən yaşlı adam yeməyə başlamadan heç kəs yeməyə əl vurmur. Burada əgər sizdən  yaşca böyük  biri içki təklif edirsə,onda mütləq  stəkanı iki əl ilə götürmək, sonra bir qurtum içmək lazımdır. Süfrədə isə ən yaşlı adam əlini uzatmasa, yeməyə başlamaq olmaz. O getmədən də masanı tərk etmək düzgün sayılmır.

Qeyd edək ki, Yaponiya və Koreyada yeməkdən əvvəl hesab ödənilir.

 

Tanzaniya və Efiopiya

Efiopiyada hamı bir qabdan yemək yeyir.  Burada əgər siz ümumi qabdan özünüzə bir boşqabda pay istəsəniz, bu təhqir sayılır.

Tanzaniyada  isə yemək üçün dəvət olunan qonaq  evə ən azı 20 dəqiqə gec getməlidir. Burada dəvət edilən yerə tez getmək ev sahibinə hörmətsizlik sayılır.

 

Çin

Çində yemək yeyərkən çəngəl yerinə hashi adı verilən çubuqlardan istifadə olunur. Yemək əsnasında heç kim bir-biriylə çox danışmaz. Yeməyi iştahla, ara vermədən yeyilər. Yemək yeyərkən ağızda səs və gəyirmək çox normal bir vəziyyətdir.  Bu yeməkdən məmnun olduğunun göstəricisidir. Çində yemək yeyərkən yemək çubuqlarını əsla bir- birinə yönəltmək olmaz.

Burada yemək yedikdən sonra  qabda bir az yemək saxlayırlar. Yoxsa ev sahibi, qonağını kifayət qədər doydura bilmədiyini düşünər.

Yemək sonunda şirniyyat yerinə mütləq  meyvə yeyilir.

Çində, həmçinin  uzun əriştələrdən hazırlanan “noodle” yeməyi ilə bağlı qəribə inanc mövcuddur. Belə ki, çinlilər uzun əriştələri əsla kəsməzlər. Çünki onlar uzun “noodle”ların  uzun ömrü təmsil etdiyinə inanırlar. Əgər əriştəni kəssəniz, ömrünüzü qısaltmış sayılırsınız.

 

Yaponiya

Çinlilər kimi yaponlar da hashi adı verilən yemək çubuqlarından istifadə edirlər.

Yemək yeyərkən ağızla səs çıxarmaq müsbət qarşılanır. Yaponiyada bu  yeməyin ləzzətli olduğunun əsas göstəricisidir.

Suşi yeyilən bir məkanda balığın dadını dəyişdirəcəyindən siqaret çəkilməsi qadağandır. Əks halda, bu aşbaz və ofisanta təhqir olaraq qəbul edilər.

Masada kimsənin stəkanı boş qalmamalıdır. Buna görə hər kəs bir-birinin stəkanını doldurmalıdır.

Yaponiyada yemək çubuqlarını dik şəkildə tutmayın. Əks halda, qonaq olduğunuz evin sahibini və ya yemək yediyiniz restoranı lənətləmiş olarsınız.

 

İtaliya

İtaliyada yemək yalnız doymaq üçün deyil, ailə və dostlarla vaxt keçirmək məqsədilə yeyilir.

Bu ölkədə yemək zövq alaraq yeyilməlidir, buna görə də kimsə istəmədiyi bir yeməyi yeməyə məcbur edilməz.

Makaron və risotta kimi xəmir , balıq və ət kimi yeməklərdən əvvəl  yüngül  lasanya yeyilərkən bıçaqdan istifadə edilməz. Əks təqdirdə qonağın yeməyin dadsız  olduğuna eyham etdiyi düşünülər və bu hərəkət ev sahibinə təhqir olaraq qəbul edilər.

Burada məşhur spagettini qaşıqla yeyilməsi xoş qarşılanmaz. Bu yemək  çəngəllə yeyilməlidir.

Salat adətən ən başda deyil, ən sonda yeyilir.

Capuccino nahar içkisi olaraq qəbul olunub. Axşam yeməyindən sonra əsla içilməz.

İtalyanlar qırmızı şərabın soyuq olmasını heç sevmirlər. Ancaq ağ şərab soyuq içilə bilər.

 

Yamayka

Yamaykada insanlar hələ danışa bilməyən uşaqlara toyuq əti yedizdirmirlər. Çünki onlar bu zaman körpələrinin bir daha əsla danışa bilməyəcəklərinə inanırlar.

 

Nigeriya

Nigeriya qəribə süfrə mədəniyyəti ilə seçilən ölkələr sırasına daxildir. Çox maraqlıdır ki, burada insanlar  yumurta yeyən uşaqların oğru olacağına inanırlar. Bu səbəblə eynilə Yamaykada olduğu kimi, uşaqlarına yumurta yedizdirmirlər.

Əfqanıstan

Əfqanıstanda süfrə mədəniyyəti ilə bağlı bağlı bir neçə maraqlı məqamlar mövcuddur. Məsələn, burada  qonağı qapıdan ən uzaq küncdə otuzdururlar.  Əfqanıstan  sakinləri yeməyi ancaq sağ əllə yeyirlər.  Burada əgər çörək yerə düşsə, onu qaldırıb öpmək, alına qoymaq və bundan sonra yemək lazımdır.Bu ölkədə  hətta bir çoxları küçədə yerə atılmış çörəyi öpərək hündür bir yerə qoyurlar. Qeyd edək ki, Estoniyada yerə düşən çörək  mütləq öpülür. Bizim ölkədə də bu adət mövcuddur.

 

Fransa

Fransada yeməyi sürətlə yemək kobudluq kimi qəbul edilir. Burada süfrəyə oturduqda  dizlərin üzərinə bez salfet qoyurlar. Süfrə başında müzakirələr etmək qadağandır.

Fransızlar masa ərafında “lütfən” və “təşəkkür edirəm” sözlərini tez-tez  istifadə edərək,  öz  məmnuniyyətlərinin bildirlər. Boşqabdakı yemək mütləq axıracan yeyilməlidir və içilən hər qurtumda sonra ağız  mütləq salfetlə silinir. Yeməyin bitdiyini bildirmək üçün çəngəl və bıçaq qaba qoyulur.

 

Rusiya

Rusiyada süfrə ətrafında toplaşan insanlar arasında yemək ilk növbədə evin ən yaşlı üzvünə qoyulur. Burada kişilər mütləq qadınlara diqqət göstərərək qulluq edirlər. Qadınlı kişili olan süfrə nizamında qadının içkisi mütləq kişi tərəfindən süzülür. Rusiyada, həmçinin yemək yeyərkən başqasının qabına baxmaq tərbiyəsizlik sayılır.

 

Almaniya

Almanlar hər bir sahədə dəqiqliyə və səliqə- səhmana fikir verildiyi kimi,süfrədə hər şeyin düzgün olmasının tərəfdarıdırlar. Məsələn, orada bütün yeməklər çəngəl-bıcaqla yeyilməlidir.  Almaniyada əllə yeyilməsi xoş qəbul edilən tək yemək çörəkdir.

 

Qazaxıstan

Qazaxıstanda çay fincanın yarısına qədər doldurulur. Bu ölkədə qonaq gedərkən,fincanı tam doldurmalarını istəməyin. Çünki bu ölkədə  dolu fincan olduğunuz yerdən bezdiyinizi və oranı tərk etmək istəyinizin mənasını verir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir