toy

Müxtəlif ölkələrin valehedici gəlinlikləri – FOTOLAR

Baxış sayı: 2. 235

Ağ gəlinlik paltarı XIX əsrdə kraliça Viktoriya sayəsində toy mərasiminin ayrılmaz simvolu olub. O, toyunda ağ rəngli paltar geyinən ilk qadın kimi dəb tarixinə düşüb. Ona qədər qadınlar bu əlamətdar gündə həmin dövrün dəbinə uyğun olan geyim seçirdilər.

Son günlərdə gəlinləri rəngli gəlinlik paltarlarında görmək nadir hadisədir. Amma bəzi xalqlar, xüsusilə Asiya və Afrikada gənclər milli toy kostyumlarına üstünlük verir.

“Gencaile.az “Publika.az- a istinadən müxtəlif ölkələrin milli toy geyimlərindən bəhs edir.

Yaponiya

Традиционные свадебные наряды по всему миру

Yaponiyada gəlinlər mərasim boyu iki paltar dəyişir, biri qırımızı digəri ağ rəngdə olur.

 

Qana, Qərbi Afrika

Традиционные свадебные наряды по всему миру

Ənənəvi toy geyimləri çox parlaq və rəngarəng olur. Milli toy libası müxtəlif naxışları ilə göz oxşayır. Hər bir ailəni fərqləndirən, özünəməxsus naxışı olur.

 

Ruminiya

Традиционные свадебные наряды по всему миру

Bu gün Rumıniyada əksər yeni evlənənlər müasir geyimdə nikah bağlamağa üstünlük verir. Lakin ölkənin ucqar yerlərində də ənənəvi mərasimlər keçirilir və hər bir bölgə toy libası ilə seçilir.

 

Laplandiya, Şimali Avropa

Традиционные свадебные наряды по всему миру

Laplandiya sakinləri ənənəvi geyimləri ilə öyünə bilər. Məsələn, kvadrat düymə həmin adamın evli, yumru isə subay olduğunu bildirir.

 

Şri-Lanka

Традиционные свадебные наряды по всему миру

Toyda adətən gəlin diqqət mərkəzində olur. Lakin Şri-Lankada bəy də ən az gəlin qədər valehedici görünür.

 

Hindistan

Традиционные свадебные наряды по всему миру

Hindistanda gəlinlər ənənəvi olaraq qırmızı və ya çəhrayı toy libası geyirlər. Şimal bölgələrində ərli qadınların alnında bindi (qırmızı nöqtə) olur.

 

Şotlandiya

Традиционные свадебные наряды по всему миру

Şotlandiyada kişilər ənənəvi olaraq öz klanının kiltini geyir. Mərasimdən sonra bəy gəlinin yeni ailəyə gəlməsini vurğulamaq məqsədi ilə yaylıqla, gül-çiçəyi gənc arvadının çiyninə atır.

 

Pakistan

Традиционные свадебные наряды по всему миру

Pakistanda toy ənənələri Hindistan ilə çox oxşardır. Ən çox gəlinin əlindəki bəzəkli xına naxışları və qırmızı gəlinlik paltarı demək olar ki, eynidir.

 

 

Efiopiya

Традиционные свадебные наряды по всему миру

Efiopiya Afrikada yeganə ölkədir ki, xristianlıq orada rəsmi dindir.  Efiopiyanın əksəriyyəti pravoslavdır. Məhz buna görə də onların toyları yunan və ruslarla çox oxşardır.

 

İndoneziya

Традиционные свадебные наряды по всему миру

İndoneziyada toy adadan asılı olaraq fərqlənir. Bu kiçik ölkədə 300-dən çox etnik qruplar və altı din mövcuddur. Onların hər biri müxtəlif ənənələrə riayət edir.

 

Çin

Традиционные свадебные наряды по всему миру

Çində ənənəvi toy rəngi qırmızıdır. Ağ isə matəm və dəfn rəmzidir. Mərasimdən sonra bəy ilə gəlinin başına qırmızı pərdə atılır.

 

Havay adaları

Традиционные свадебные наряды по всему миру

Bəy toyunda ənənəvi olaraq başdan-ayağa ağ geyinir. Heç bir toy hörüklər və çələnglər olmadan ötüşmür. Belə ki, gəlinin saç düzümünü təzə çiçəklər bəzəyir.

 

Malayziya

Традиционные свадебные наряды по всему миру

Toy mərasimlərinin əksəriyyəti müsəlman ənənələrinə uyğun keçirilir. Qızlar al-qırmızı, bənövşəyi və ya açıq sarı rəngli paltarlar seçir.

 

Yəmən yəhudiləri

Традиционные свадебные наряды по всему миру

Yəhudi icmalarının əksəriyyətinin müəyyən toy geyimləri yoxdur. Amma Yəmən yəhudiləri istisnadır: Qızlar öz əcdadlarından miras qalan geyimdə ərə  gedir.

 

Cənubi Koreya

Традиционные свадебные наряды по всему миру

Ölkədə ənənəvi toy libasları yenidən populyarlaşmağa başlayıb. Qədim ənənəyə əsasən bəy gəlini stolun ətrafına belində gətirməlidir. Bu isə o deməkdir ki, gənc arvadı ərinə arxayın ola bilər.

 

Norveç

Традиционные свадебные наряды по всему миру

Norveçlilər toya digər təntənəli tədbirlər kimi, ənənəvi kostyum geyirlər.

 

Bali

Традиционные свадебные наряды по всему миру

Balidəki toylar özünün dəbdəbə və gözəlliyi ilə istənilən insanı valeh edəcək. Ənənəvi toy libasının üzərində çoxlu mürəkkəb detallar işlənir. Mərasim zamanı bəylə gəlin qızıl tac taxır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir