sevgi

Nə dərəcədə sevib-sevildiyinizi aydınlaşdırın – TEST

Baxış sayı: 2. 150

Siz ona nə qədər aşiqsiniz? Bu sualın cavabını həqiqətən də bilirsinizmi?
Özünüzdən əmin bir halda “Əlbəttə ki, onun məni sevdiyini bilirəm” deməyin. Aşağıdakı sualları cavablayın. Daha sonra qiymətləndirmə bölümünü oxuyun, nə qədər aşiq olduğunuzu görün.

 

DİQQƏT! BAŞLADIQ!

 

1. İlk görüşdə getdiyiniz yeri xatırlayırsınız. Bəs o gün əynindəki geyimləri də xatırlayırsınızmı?

a) Dəqiq xatırlamıram
b) Biraz fikirləşməliyəm
c) Yadımdan çıxıb
d) Bunun nə əhəmiyyəti var?

 

2. Özünüzdə dəyişiklik etmisiniz (saç forması, yeni geyim və s.), amma o, bunu hiss etmədi. Reaksiyanız necə olar?

a) Düşünərəm ki, fikirli olub
b) Kədərlənərəm, amma bildirmərəm
c) Üzünə vuraram
d) Aylarla danışmaram

 

3. Dostları ilə görüşdü və sizə dediyi vaxtdan biraz gec gəldi. Nə deyərsiniz?

a) Gecən necə keçdi?
b) Çox sağol!
c) Məni aldadırsan
d) Səni tərk edirəm

 

4. Siz bir restoranda oturanda köhnə sevgilisi gəldi. Sevgiliniz narahat davranmağa başladı. Nə düşünərsiniz?

a) Bu, çox təbii bir reaksiyadı
b) Yoxsa hələ də onu unutmayıb?
c) Bunun acığını çıxacağam
d) Həmin an da durub, gedərəm

 

5. Həftə sonu üçün planınızı `Təcili işim çıxtı, gələ bilmirəm` deyərək, ləğv elədi. İndi nə olacaq?

a) Taleyimə razı olaram
b) Görəsən, başqası var?
c) Bərbad bir həftə sonu olacaq
d) Proqramıma onsuz davam edərəm

 

6. Ailəsi ilə tanış olmusunuz, amma fərqlilikləriniz var. Bundan sonra nə edəcəksiniz?

a) Həmişə hörmət bəsləyərəm
b) Fikir vermərəm
c) Ailəsi ilə heç görüşmərəm
d) Münasibətimiz bitər

 

7. İşdən çıxarılıb. Pulunuz çox azdır. Əyləncəyə pul ayıra bilmirsiniz. Münasibətinizə necə təsir edər?

a) Yaxşı gündə, pis gündə…
b) Biraz təsir edər əlbəttə
c) Xöşbəxt olmayacağımız dəqiqdir
d) Pulsuz məhəbbət yaşanmaz

 

8. Ad gününüzdə heç xoşunuza gəlməyən bir hədiyyə aldı. Hədiyyəni bəyənmədiyinizi ona necə bildirəcəksiniz?

a) Bildirmərəm. Yada salıb, bəsdir
b) Bir kənara qoyar, maraqlanmaram
c) Mənə bunu layiq gördün?
d) Sən bu hədiyyəni al, …

 

9. Hansısa səbəbə görə neçə gündür çox kədərlidir. Necə kömək edəcəksiniz?

a) Lazım olsa, onunla ağlayaram
b) Öz işidir
c) “Bezdirdin axı” deyərəm
d) Hərənin dərdi özünə

 

10. Çox əhəmiyyətsiz bir səbəbə görə mübahisə eləmisiniz. Üstəlik səhvin sizdə olduğunu anladınız. Hə, buyurun?

a) Elə o andaca üzr istəyər, barışaram
b) Gərginliyi yumşaltmağa çalışaram
c) İlk addımı ondan gözləyərəm
d) Mən qətiyyən səhv eləmərəm!

 

 Nəticə:

 a-lar çoxluq təşkil edirsə:

Bu dünyada sizin qədər çox sevən biri daha ola bilməz. Siz rəsmən özünüzü eşqinizə həsr eləmisiniz. Bir növ `xoşbəxtlik pərisi` kimi onun xoşbəxtliyini düşünürsünüz. Siz də belə olduğunuza görə xoşbəxtsiniz. Sevdiyiniz insan həqiqətən də çox şanslıdır. Ümid edək ki, o da bunun fərqindədir!

 b-lər çoxluq təşkil edirsə:

Aşiqsiniz, amma eyni zamanda şübhələnirsiniz. Həmişə ağlınızda `Görəsən, o da mənim onu sevdiyim qədər məni sevirmi?` sualı var. Üstəlik bu suala qəti bir cavab da tapa bilmirsiniz. Bu qədər şübhələnmək eşqinizə zərər verər.

c-lər çoxluq təşkil edirsə:

Eqoistlik sizin qanınızda var. Özünüzü o qədər çox düşünürsünüz ki, sevgilinizi düşünməyə vaxt da qalmır. Münasibətiniz onun sayəsində davam edir. Sözün düzü, o, sizi daha çox sevir. Özünüzü biraz yontmağınızda fayda var. Əks təqdirdə, onu əlinizdən qaçıracaqsınız.

 d-lər çoxluq təşkil edirsə:

Eşq və siz əsla bir araya gələ bilməzsiniz. Mümkündürsə, qarşı cinsdən mütləq uzaq durun. `Beləsi düşmən başına` deyilən insanlar var ha, bax, siz, onlardansınız. Kimlə birgə olsanız, ona zərər verərsiniz. Dünya insanlarının sağlığı baxımından sizi təcili olaraq bir yerə məhkum etmək lazımdır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir