Alimlər kişilərdə keçəlliyə səbəb ola biləcək genləri aşkar ediblər. Almaniyanın Bonn Universitetinin komandası ümid edir ki, onların tapıntıları risk altında olan xəstələri müəyyən etməyə və saç tökülməsinin müalicəsini təkmilləşdirməyə kömək edəcək.
Müəlliflər 72469 kişinin genetik ardıcıllığını tədqiq edərək, onların başında keçəlləşmiş hissələr və ya tam saç tökülməsinin səbəblərini anlamağa çalışıblar. Onlar keçəlliklə əlaqəli beş geni müəyyən ediblər: EDA2R, WNT10A, HEPH, CEPT1 və EIF3F.
“Araşdırmamız göstərir ki, HEPH də bunda rol oynaya bilər.Ancaq CEPT1 və EIF3F genləri kişi tipli saç tökülməsi ilə əlaqəli olmayan genetik bölgələrdə yerləşir”,-deyə mütəxəssislər bildirirlər.
Alimlər iddia edirlər ki, bu genlər haqqında biliklər keçəlləşmə riski yüksək olan kişiləri müəyyənləşdirməyə və keçəlliyin qarşısını almaq üçün müalicə üsullarını təkmilləşdirməyə kömək edəcək.
Nubar Süleymanova