CANTA

Nədir bu zamansız parçalar?

Baxış sayı: 931

“Chanel Tweed” pencək, “Hermes Birkin” çanta , “Armani” kostyum, “Louis Vuitton Monogram” çamadan və “Panthère de Cartier” üzük…

Əminəm ki, moda dünyasının təməl daşlarını təşkil edən bu məhsulların adlarını daha əvvəl də eşitmisiniz. Belə ki, bu və bunun kimi digər xüsusi məhsullar uzun illərdir lüks markaların ən yaxşı satılan məhsulları olsalar da, eyni zamanda milyonlarla insanın xəyallarını da bəzəməyə davam edirlər. Sözügedən məhsullar “dəb iyerarxiya”sının ən yuxarısında “Zamansız Parçalar” adı altında təbii qoruma altına alınmış məhsullardır. Hansı ki, bu məhsulların hər biri hər zaman arzulanır və aid olduğu markaya həmişə pul qazandırır.

Hermes Birkin

Bəs yaxşı, nədir bir məhsulu zamansız edən?

Əvvəlcə onu qeyd edim ki, zamansız məhsul ilk növbədə illərin sınağından keçmiş məhsul deməkdir. Başqa sözlə desək, bu məhsullar köhnəlmədən, az da olsa dəyər itirmədən (əksinə dəyərini artıraraq) zaman içindəki səyahətinə davam edə bilmiş məhsullardır. Belə ki, formalaşıb unudulan, vitrinlərdə qonaq olan tendensiyalardan təsirlənməyən və insanda “tendensiyadan üstün” hissi yaradan məhsul, zamansız məhsuldur. Bir məhsulu zamansız hesab edə bilmək üçün ən vacib xüsusiyyətlər isə, şübhəsiz ki, məhsulun mükəmməl və orijinal dizaynda olmasıdır. Yenə də tək başına estetika da bunun üçün kifayət etmir…

Söhbət zamansız məhsuldan gedirsə, həmin məhsul funksional olaraq da zamanın sınağından  alnıaçıq çıxmış olmalıdır. Eyni zamanda da hər dövrün ehtiyaclarına uyğun istifadə rahatlığı təmin etməlidir.

Chanel Tweed Jacked

Əlavə olaraq qeyd edə bilərik ki, dəb ədəbiyyatında bir məhsulun illər ərzində bir çox insan tərəfindən əldə edilmiş olması da onu “zamansız” olaraq xarakterizə edən xüsusiyyətdir. Bu xüsusiyyətə məhsulun onu əldə edən hər insanda müsbət emosiyalar yaratmaqla birlikdə, “rahat istifadə olunan” hissi yaratması da daxildir.

Yaxşı, bəs özünü “məni bu gün satın alarkən bəyəndiyin kimi, 20 il sonra da bəyənəcəyinə əminəm” şüarı ilə tərif edən moda dünyasının zamansız məhsulları hansılardır, bilirsiniz?  Və ya “Zamansız Məhsul” ilə “qarderobun olmazsa, olmazları” arasındakı fərqlərin nələr olduğunu? Sizcə illərdir markaların pul dövriyyəsi vasitəsi olan zamansız parçalar, investisiya üçün əlverişli sayılan məhsullar kolleksiyasına nə dərəcədə inteqrasiya olunmalıdır?

Bir az da bunları düşünək …

(“Nevarneyox.com”)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir