1. Google
Başlayaq dünyanın ən böyük şirkətlərindən biri olan “Google” ilə. “Google” texnologiya şirkəti olduğu üçün yeniliklərə açıq olması və kreativliyi ilə hər zaman seçilir, təbii olaraq ofis dizaynı ilə də fərqlənir.
“Google” Yaponiya ofisi – hər komandanın öz ruhuna uyğun dizayn edilmiş guşəsi var.
“Google” Sürix ofisi də fərqli dizaynı ilə diqqət çəkir.
2.Airbnb
Səyahət edənlərin yaxşı tanıdığı, onlayn ev kirayəsi saytı olan “Airbnb” ofis dizaynı ilə seçilən şirkətlərdəndir. İşçilərin rahatlığı üçün düşünülmüş ofisdə, işçilər üçün istədiyi yerdə oturub-işləmək sərbəstdir.
3.Kinetic
Vebsayt dizayn şirkəti olan “Kinetic” də ofis dizaynına önəm verən şirkətlərdən biridir. Şirkət müasir dövrün ixtisası olan vebsayt dizayn ilə məşğul olan mütəxəssislər üçün yaradıcı ruhlarını inkişaf etdirə bilmələri adına onlara kreativ mühit yaratdıqlarını bildirir.
4.Spotify
London ofisi
5.Adobe
Adobe şirkətinin ABŞ-ın Yuta ştatında yerləşən 28 min kvadrat metrlik ofisi sprey boya ilə divarlarına çəkilmiş fotolarla məşhurdur. Divarlara fotoları “Rapt Studio” əməkdaşı El Mak işləmişdir.
6.Microsoft
İtalyan arxitektura şirkəti olan “DEGW” “Microsoft”-un Milan ofisi üçün dizayn planlayan zaman, işçilərin qrup şəklində oturub, işləri müzakirə etmələri üçün müxtəlif konseptlərdə zonalar dizayn etmişdir. İşçilərin ehtiyacları nəzərə alınaraq dizayn edilən ofis təbiət ab-havasın yaratmaq üçün ağac elementlərindən istifadə edilmişdir.
7.LEGO
“Lego”-nun Danimarka ofisi də öz dizaynı və rahatlığı ilə fərqlənən ofislərdəndir. “Lego” ofis dizaynı zamanı işçilər üçün sıxıcı iş mühiti olmaması adına, iş prosesini əyləncəyə çevirməyi özlərinə hədəf olaraq təyin etmiş və bunu nəzərə alaraq ofisi dizayn etmişdir.
8.Nike
Nyu-York ofisi
“Nike”ın məşhur “swoosh” simvolundan ofisin dizaynı zamanı müxtəlif hissələrdə istifadə edilmişdir.
Hətta “Nike” ofisinin mətbəxində məşhur NBA basketbolçusu Maykl Cordanın mozaika ilə divara işlənmiş fotosu da var. Buna səbəb Cordanın oyun zamanı geyindiyi “Nike” ayaqqabısının satışının artması və Cordanın “Nike”-ın yüksəlməsindəki rolu ilə bağlıdır.
Hətta “Nike” ofisinin mətbəxində məşhur NBA basketbolçusu Maykl Cordanın mozaika ilə divara işlənmiş fotosu da var. Buna səbəb Cordanın oyun zamanı geyindiyi “Nike” ayaqqabısının satışının artması və Cordanın “Nike”-ın yüksəlməsindəki rolu ilə bağlıdır.
9.LinkedIn
San-Fransisko ofisi
“LinkedIn” San-Fransisko ofisi dizaynı zamanı işçilər söhbət edən zaman digər işçilərə mane olmaması üçün ayrı-ayrı hissələr şəklində dizayn edilmişdir. (“Nevarneyox.com”)