Nermine Abbasova

Nərminə Abbasova: “Əsas simptomlar ayaq ağrıları, budun uyuşması, yorğunluq və əzələlərdə zəiflikdir”

Baxış sayı: 548

Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsa bel ağrılarından əziyyət çəkir. Bel ağrıları işdən qalma səbəbləri arasında da mühüm yer tutur. Bütün yaş qrupları arsında rast gəlinməsinə baxmayaraq, ən çox 35-55 yaşlar arasında olur. Mütəxəssislər bel ağrılarının sümük, əzələ və bağ sistemlərimiz ilə əlaqəli olduğunu deyirlər.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bununla bağlı  oxucularımızı məlumatlandırır.

Oturaq siniri haqqında danışan Nərminə xanım öncə onu vurğuladı ki, bədənimizdəki ən böyük sinir şəbəkəsinə Oturaq sinir ağrısı deyilir. Bu sinirə bağlı ağrı oturaq sinir ağrı kimi xarakterizə olunur. Həkimin sözlərinə görə, dördüncü və beşinci fəqərə arasından aşağı doğru irəliləyən oturaq siniri qalça sümüklərinin arxasından keçərək dizə doğru enir. Diz səviyyəsində iki hissəyə bölünür və buzovun üzərinə doğru davam edir və ayağın altında bitir:

“Oturaq sinir ağrısı xüsusilə ayaqlarda hiss olunur. Ağrının şiddəti xəstənin əsas yeriməsinə maneə törədir. Əsas simptomlar ayaqların ağrıları, budun uyuşması, yorğunluq və əzələlərdə zəiflikdir. Oturaq sinirinin vəzifəsi beyindən ayaq əzələlərinə siqnal göndərir.
Oturaq, sinir ağrısının meydana gəlməsi, bel yırtığı, fəqərə sürüşməsi, diz ağrısı iltihabı kimi problemlər səbəbiylə oturaq sinirin sıxılma səbəbidir. Ağrının meydana gəlməsi bir nahiyədən başlayır, ayaq və ayaq ağrısına səbəb olur. Bundan əlavə, təzyiq azad edildikdə zaman-zaman ağrı azalır. Ağrıya Oturaq sinir və ya əzələ ilə əlaqədar problemlər səbəb olub-olmadığını müəyyən etmək vacibdi. Zamanında və kifayət qədər onəm verilmədikdə, yaxud müalicə edilmədikdə ciddi problemler meydana çıxa bilər. Buna görə fizioterapevtik müalicə bu problemi həll etməyə kömək edəcək. Fizioterapevtik müalicə alan xəstə, Oturaq sinir ağrısının ciddi şəkildə azaldığını görür.

Burada məqsəd ayaqların ağrısız rahat olmasıdır. Əvvəlcə dizlərdə bükülməni aradan qaldıraraq fəqərə və əzələlərdə ağrıları aradan götürmək faydalı olar. Bəzen masaj, sinirlərin yumşaldılması və Oturaq sinir fizioterapevtik müalicəsində onların ağrısını azaltmaq üçün faydalıdır”.

Həkim-terapevt deyir ki, birinci növbədə risk faktorları diqqətdə saxlanmalıdır. Belə ki, risk faktoru xəstəliyin inkişafına, yaranmasına şərait yaradan zərərli vərdişlərdir. Həkim bildirdi ki, artıq çəki II tip şəkərli diabet xəstəliyinin yaranma riskini əhəmiyyətli dərəcədə artırır. Piylənmə II tip şəkərli diabet xəstəliyi risk faktoru sayılır.

Nərminə xanım belə ağrılarının yaranma riskini artıran yüksək risk faktorlarından da söz etdi. Bildirdi ki, zehni gərgin iş, hamiləlik, oturaq həyat tərzi, yaş, həyəcan, depressiya, cins, piylənmə və həddindən artıq çəki, siqaret çəkmə, yorucu, məqsədsiz fiziki idman, yorucu fiziki iş risk faktorlarıdır.

Həkim-terapevtin sözlərinə görə, bel ağrısının əsas simptomu beldə yaranan və bəzən də sağrı nahiyəsinə və ayaqlara yayılan ağrıdır:

“Hansı sinirin sıxılmasından asılı olaraq beldə olan patologiya bədənin digər nahiyələrində ağrıya səbəb ola bilər. Bir çox hallarda əlamətlər qısa zamanda öz-özünə keçib gedir. Çəki itirmə, bədən temperaturunun yüksəlməsi, beldə iltihab, davamlı bel ağrısı: uzanma və ya dincəlmə zamanı azalmayan, aşağı ətraflara, ayaqlara irradiasiya edən ağrı, dizdən aşağı yayılan ağrı, yaxın zamanlarda keçirilmiş bel zədələnməsi və ya travması, sidik saxlamama – qeyri-iradi sidik ifrazı olması, sidiyə getmənin çətinləşməsi, nəcis qaçırtma – bağırsaq kontrolu itir, qeyri-iradi nəcis ifrazı olması, genital nahiyədə keylik (hissiyat pozğunluğu), düz bağırsaq ətrafında keylik, sağrı nahiyəsində keylik kimi simptomlardan hər hansı biri bel ağrısı ilə birgə müşayiət edildiyi halda mütləq həkimə müraciət edin”.

Nərminə Abbasova onu da qeyd etdi ki, 20 yaşdan kiçik və 55 yaşdan böyük şəxslər, bir neçə ay müddətində steroid qəbul edən pasiyentlər, narkotik maddə asılılığı olanlar, xərçəng xəstəliyi olanlar, immun sistemi çökmüş insanlar da bu simptomlar zamanı mütləq həkim müayinəsindən keçməlidilər:

 

“Bel ağrılarının böyük əksəriyyəti tibbi müdaxilə tələb etmədən öz-özünə keçir. Adətən ağrılar ağrıkəsici dərman vasitələri və ya ağrı nahiyyəsinə soyuq və ya isti kompress ilə sakitləşdirilir. Qısa müddətli dincəlmə yararlıdır. Lakin bu uzun müddət davam etdikdə əzələlərdə zəifləmə yaranaraq gələcəkdə bel ağrılarının daha da pisləşməsinə səbəb ola bilər. Bu üzdən yenə təkrar edirəm ki, həkim müayinəsi mütləqdir.
Yəni ev şəraitində müalicə nəticələriniz qənaətbəxş deyilsə, həkiminiz sizə dərman vasitələri – müxtəlif növ ağrıkəsici, iltihab əleyhinə dərmanlar, bəzi antidepressantlar məsləhət görər. Fizioterapiya kimi isə isti, soyuq applikasiyalar, ultrasəs və elektrik stimulyasiya və eləcə də bəzi əzələ boşaldıcı metodlar bel əzələlərində və yumşaq toxumalarında ağrının azalmasına kömək edə bilər.

Ağrı azalan kimi fizioterapevt bel və qarın əzələlərini elastik edən və möhkəmlədən idman hərəkətləri təqdim edə bilərik. Posturu, yəni duruşu yaxşılaşdıran metodlar da kömək edə bilər.

Yox əgər sadalanan müalicələr effekt vermədikdə və ya ayağa qədər uzanan ağrı qeyd edilirsə, epidural – onurğa beyni ətrafındakı sahə – sahəyə kortizon inyeksiya edilə bilər. Kortizonun iltihabəleyhinə təsiri vardır. O, sinir kökü ətrafında iltihabı azaldaraq ağrını kəsir”.

 

Həkim-terapevt onu da vurğuladı ki, təcrübələrə əsasən ara müalicələr müxtəlif qarışıq nəticələr göstərir. Bəzi insanlarda yaxşı nəticələr alınırsa, digərlərində effekt heç olmur.

Bütün bunlar sonunda o qənaətə gətirir ki, mütləq şəkildə həkimə müraciət olunmalıdır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir