“Diz oynağı bədənimizin ən hərəkətli və ən çox yük daşıyan oynağıdır. Nərdivan enib qalxma, oturub-durmaq, yerimə və qaçma əsnasında dizə düşən yük artır və daima artan yük oynaqda pozulmalara gətirib çıxarır. Yaş artdıqca oynaq sürüşkənliyinin azalması, qığırdaq yenilənməsindəki yavaşıma, sümük quruluşdakı deformasiyalar diz oynaqlarında ağrı əmələ gətirir ki, nəticədə xəstədə mexaniki hərəkət məhdudiyyəti yaranır”.
Mövzu ilə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, diz ağrıları erkən dövrdə asan müalicə edilir.
Ailə həkimi deyir ki, dizdəki problem irəlilədiyində ağırlıq düşən, ən hərəkətli oynaq olması və menisküs, bağ kimi toxumalardakı pozulmalar da əlavə olunmuşsa müalicə uzanır. Onun sözlərinə görə, əksər hallarda cərrahi müdaxilə və protez qoyulmaqla nəticələnir:
“Ona görə də dizlərdə çöməlmə və ya ayağa qalxmada problem yaşanırsa, dizlərdə bəzi hərəkətlər zamanı tutulma, kilidlənmə olursa, diz oynaqlarında yeriyərkən, nərdivan enmə və qalxma zamanı ağrılarlar yaranırsa, dizləri qatlayıb oturmaqda çətinlik çəkirsinizsə, bəzən dizlər şişirsə və sair bu kimi əlamətlərlə qarşılaşırsınızsa, mütləq müalicə bərpa və Reabilitasiya həkiminə müraciət edilməlidir”.
Nərminə xanım deyir ki, qadınlarda menopoz sonrası omba bağlarındakı zəifləmələr və qığırdaq quruluşunun yumuşamasıyla birlikdə diz oynağın düşən yükün artması, dizlərdəki aşılanmayla birlikdə dizlərin daxili hissəsinə daha çox yükün düşməsinə səbəb olur. Bu da oynaq üzlərindəki aşınma, oynaqda qığırdaqların yumşalması və sümükdəki deformasyaların artması ilə nəticələnir:
“Müalicədə xəstənin maarifləndirilməsi çox əhəmiyyətlidir. Xəstə əvvəlcə xəstəliyi haqqında ətraflı məlumat almalıdır. Xəstə oynağın həddindən artıq yüklənməsi yolverilməzdir. Xəstənin kilo verməsi də həddindən artıq yük düşən diz oynaqlarında kirəcləşmə ilə bağlı şikayətləri azaldır. Ağrılı dövrlərdə istirahət məsləhətdir”.
Həkim bildirdi ki, diz osteoartritində istifadə edilən nonsteroid anti iltihab dərmanlar yalnız ağrıkəsici olaraq kirəcləşməni müalicə etmir. Onun sözlərinə görə, bu dərmanlardan dizdə istilik artımı və şişlik olan kəskin dövrdə enflamasyonun (iltihablaşma, şişkinlik və digər hallarla müşahidə olunan proses-red.) qarşısını almaq üçün istifadə edilməlidir.
Ailə həkimi vurğuladı ki, diz oynağı osteoartritində idman hərəkətləri xəstəyə xas müəyyən edilməlidir. Beləki həddindən artıq yükləmə və ya kiçik diqqətsizlik ağrıların artmasına səbəb ola bilər. Həkim bu səbəbdən də məşq cədvəlinin diqqətlə hazırlanmalı olduğunu vacib məqam saydı.
Nərminə xanım qeyd etdi ki, texnologiyanın inkişafı ilə bağlı olaraq, əvvəllər toxuma istilik məqsədli müalicə bərpa kurslarının yerini, toxuma yenilənməsi məqsədli bərpa müalicə kursları alıb. Onun sözlərinə görə, diz oynaqlarındakı həm sümük, həm yumşaq toxumaların müalicəsində tətbiq edilən bərpa müalicə qurğuları toxumalardakı zədələri erkən dövrdə müalicə edə bilməkdədir. Həkim deyir ki, diz oynağına düşən yükü azaltmaq və müqaviməti artırmaq üçün omba və bud əzələlərinin gücləndirilməsində də reabilitasiya bərpa cihazları təsirli şəkildə istifadə edilməkdədir.
Son illərdə təbii müalicə üsullarının kimyəvi dərmanlardan daha üstün olduğunu isbatlayan müalicə növlərinə bədənin öz-özünü yeniləmə mexanizmlərinin də əlavə edildiyini vurğulayan Nərminə xanım bildirdi ki, bu sahədə xeyli irəliləyiş var:
“Elmi araşdırmalar nəticəsində əzələ-skelet sistemi xəstəliklərində PRP üsulunun toxumaların oyanmasına imkan yaratdığı təsbit edilibdir. Qeyd edim ki, PRP İngilis “Platelet Rich Plasma” ifadəsinin baş hərflərindən törədilmiş olub, trombosittən zəngin plazma mənasını verməkdədir. Bu üsulda dərman xəstənin öz qanından hazırlanır. Yəni təbii bir müalicə üsuludur. PRP müalicəsi ağrıkəsici məqsədli yox, xəstəliyi müalicə etməyə istiqamətlənmiş bir üsuldur.
Onu da deyim ki, bizim MayoMed Klinikamızda bu sahədə də mütəxəsislərimiz var və mən diz oynağı problem olan insanlarımızı burada müalicə almağa dəvət edirəm”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)