Nermine Abbasova

Nərminə Abbasova: “İnfeksiya olduğunda şişir, qızarır və səthində irin yaranır”

Baxış sayı: 464

“Badamcıklar, vücudumuzun immun sisteminə aid olan toxumalardır və boğazın hər iki tərəfində yerləşir. Lakin tez-tez infeksiya olduqda həm həyat keyfiyyətini azalda, həm də xroniki xəstəliklərə yol aça bilərlər”.

Bu sözləri boğaz ağrılarından danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasova deyib. Ailə həkimi bildirib ki, badamcıq iltihabı hər yaşda görünə bilər. Bəzən badamcıqlar şişər, ağrıyar və udqunma çətinləşər.

Nərminə xanım bildirdi ki, badamcıq iltihabı badamcıqların infeksiya qəbul etməsi nəticəsində yaranan bir vəziyyətdir. Tibb dilində tonsillit adlanır:

“Tez-tez rast gəlinən bakterial səbəb, beta hemolitik streptokok bakteriyasıdır. Badamcıklar infeksiya olduğunda şişir, qızarır və səthində irin yaranır. Bu vəziyyət insanda badamcık ağrısına, atəşə və halsızlığa səbəb olur. Təkrarlanan badamcık iltihabı zamanla xronikləşə və ağız qoxusuna səbəb olan badamcık daşı yaranmasına da zəmin hazırlaya bilər. Badamcık daşı, badamcıkların çuxurlu səthlərində yığılan qalıqların sərtləşməsi ilə meydana gəlir”.

 

 

Badamcık iltihabının əlamətlərindən bəhs edən ailə həkiminin sözlərinə görə, bəzi hallarda badamcık iltihabına qulaq ağrısı, baş ağrısı, atəş və ümumi halsızlıq da qoşula bilər:

“Şikayətlər bir neçə gündən çox sürən zaman, yaxud udqunma və nəfəsalma çətinləşəndə, həkimə müraciət edilməlidir. Tez-tez görünən simptomlara diqqət edək: Boğazda yanma, batma və davamlı qıcıq hissi kimi narahatedici hisslər meydana gələ bilər. Bu vəziyyət adətən udqunmanı çətinləşdirə və ağrılı edə bilər. Badamcıkların qızartı və aydın şəkildə şişməsi də badamcık iltihabının tipik əlamətləri arasındadır. Ağız qoxusu və pis dad hissi də badamcık iltihabı ilə müşayiət olunan əlamətlərdir. Bu vəziyyət tez-tez müalicə olunana qədər davam edə bilər. Qeyd edim ki, vücudun bir infeksiyaya verdiyi reaksiyalardan biri boyunda həssas və böyümüş limfa düyünlərinin varlığıdır. Bu düyünlər zaman-zaman badamcık iltihabının əlaməti olaraq həssaslığa səbəb ola bilər”.

Ailə həkimi badamcık iltihabı üçün nələrin xeyirli olduğundan da danışdı. Bildirdi ki, yüngül əlamətlərlə müşayiət olunan badamcık iltihabı hallarında dəstək metodlar rahatlama təmin edə bilər:

“Hər kəsin evdə tətbiq edə biləcəyi bir neçə dəstək müalicəsini saytınızın oxucularına təqdim etmək istərdim. Məsələn, duzlu su qarqarası, maye istehlakı, bal və ilıq süd, odanın nəmini artırmaq, dincəlmək. İlıq duzlu su ilə edilən qarqara, boğazdakı ödəmi azalda bilər. İlıq su və şorba kimi mayelər boğazı yumşalda bilər. Balın antimikrob təsiri sayəsində badamcık ağrısına yaxşı gəlir. Nəmli hava, boğaz quruğunu və qıcıqlanmanı azaldır. Eyni zamanda, immun sisteminin infeksiya ilə mübarizə apara bilməsi üçün vücudun dincəlməyə ehtiyacı var. Sadaladığım bu metodlar keçici rahatlama təmin edə bilər, lakin yüksək atəş, ciddi udqunma çətinliyi və ya nəfəs alma problemləri inkişaf edərsə, vaxt itirmədən bir mütəxəssisə müraciət edilməlidir”.

 

Nərminə xanım badamcık daşı yaranması və ağız qoxusunun səbəbindən danışarkən diqqətə çatdırdı ki, badamcıklar, üzərində çoxlu xırda çuxur və oyuk olan toxumadır:

“Bu girintilər, zamanla müxtəlif qalıqların yığılmasına səbəb ola bilər. Badamcık daşı isə tibbi adıyla tonsillitolit, badamciklərin səthində yaranan sərtləşmiş xırda kütlələrdir. Badamcık daşı, xroniki badamcık iltihabı keçirmiş və ya tez-tez badamcık şişməsi yaşayan şəxslərdə daha çox görülür. Badamcık daşları bakteriyaların artması üçün əlverişli bir mühit yaradır. Bu bakteriyalar, zülalları parçalayaraq kükürd birləşmələri istehsal edir. Kükürd qazları isə pis qoxulu bir nəfəsə yol açır”.

Həkim deyir ki, badamcık daşları əksər hallarda əlamət verməsə də, böyük ölçülü daşlar – boğazda ilişmə və batma hissi, udqunarkən narahatlıq, ağızda pis dad, danışarkən boğazdan hərəkət edən hissəciklərin hiss olunması kimi şikayətlər yarada bilər:

“Məsləhətdir ki, daimi qarqara etmək, bol su içmək və gündəlik ağız baxımına diqqət etmək daş yaranmasını azaldır. Ancaq tez-tez təkrar edən badamcık daşı hallarında və ya xroniki infeksiyanın mövcudluğunda qalıcı həlli üçün badamcık əməliyyatı gündəmə gələ bilər”.

 

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir