nermine abbasova

Nərminə Abbasova: “Müalicədə fizioterapevtik prosedurlara üstünlük verilə bilər”

Baxış sayı: 617

“Xəstəlik dabanın iç nahiyyəsində siddətli ağrı ilə özünü büruzə verir. Ağrı ən çox səhərlər xəstə yerindən durub ayağını yerə basdığı zaman baş verir. Ağrının şiddətindən gəzmək çox çətin olur. Xəstə ayağını yerə basanda sıxılaraq qalır. Gəzdikcə ağrılar azalmağa başlayır, sonra itir. Ağrılar xəstə oturub-duran zamanlarda yenidən başlayır”.

Bunu oxucularımıza daban ağrıları ilə bağlı suallarını cavablayan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim terapevt,ailə həkimi Nərminə Abbasova deyir.

Nərminə həkim deyir ki, daban ağrısının müalicəsi iltihablaşmış toxumanı basmamaqdır:

“Bunun üçün ayaqqabının daban hissəsinə pambıq tampon qoymaq lazımdır. Bu kömək eləməsə, xəstəyə 4-5 santimetr hündürdabanlı ayaqqabı geymək tövsiyə olunur. Ümumuyyətlə dabanı ağrıyan xəstələrə dabansız ayaqqabı geyinmək olmaz”.

Həkim-terapevt bildirdi ki, dabanda iltihablaşmanı azaltmaq üçün ağrıyan nahiyəyə buz qoymaq məsləhət görülür:

“Həkimə müraciət etmək daha məqsədəuyğundur. Daban ağrısının müalicə olunması üçün həkim xəstəyə iltihab əleyhinə preparatlar təyin edir. Xəstəyə yataqdan qalxmamışdan əvvəl ayaqlarını əvvəlcə yuxarıdan aşağıya doğru, sonra isə soldan sağa doğru hərəkət etdirmək tövsiyə olunur. Daban ağrısının müalicəsində fizioterapevtik müalicə üsullarından istifadə edilir. Lazım gələrsə həkim kortikosteroid müalicəsi təyin edə bilər”.

Daban nahiyəsində yerləşən ağrılardan bəhs edən Nərminə xanım bildirdi ki, bu ağrıların səbəbi daban nahiyəsində yerləşən bağın iltihabı səbəbi ilə olur:

 

“Ayağın tağını əmələ gətirən “plantar fasiya” dediyimiz bir bağ ayağın ön tərəfindən başlayaraq daban sümüyünə bağlanır. Daban sümüyünə bağlanan yerdə, xüsusilə ayağa düşən yüklər anormaldırsa, anormal ayaqqabı geyinilirsə və ya heç vaxt görmədiyi işləri ayaq üstündə artırırsa, daban nahiyəsinə yapışma yerindəki kiçik mikro-yırtıqlara səbəb olur. Və bu yırtıqlar sağalmadan xəstələr fiziki aktivliyinə davam edirsə, o bölgədə xroniki iltihablanma baş verə bilər. Daban nahiyəsinin altında uzun müddət bu xəstəliyi davam etdikdə isə 4, 5, 6 aydan sonra orada kiçik kalsifikatlar yığışdığı üçün “Epin kalkanei” dediyimiz, xalq arasında “daban mahmızı” və ya “daban şporu” dediyimiz bir problem yaranır. Bu daban şporu, daban mahmızı çox sıx yayılmış bir problemdir”.

Nərminə xanım vurğuladı ki, xəstələrin şikayətləri əsasən səhər yuxudan oyanıb ayağı yerə basmaqla bağlıdır. Onun sözlərinə görə, uzun müddət oturduğu yerdən ayağa qalxdıqda ilk hərəkətlərdə dabanını, ayağını yerə qoya bilməmək şikayəti və zamanla ağrının azalması, yaxud heç azalmaması şikayəti ilə özünü büruzə verə bilər:

“Bu xəstələr bu tip problemlər yaşadığı üçün gündəlik həyatlarında ciddi şəkildə məhdudiyyət yaranır. Bu xəstəliyin müalicəsində, xüsusilə ilkin etapda o bölgədəki iltihabı azaltmaq üçün müəyyən dərman vasitələri istifadə olunur – lokal və ya sistemik olaraq. Eyni zamanda, o bölgədə iltihablanma olduğu üçün xəstələrə xüsusilə o bölgəyə buz tətbiqi tövsiyə olunur. O bölgəyə bir nöqtəyə düşən yükü bərabər, bütün daban nahiyəsinə paylamaq üçün xüsusi silikon ayaqqabı içlikləri istifadəsi tövsiyə olunur. Bəzən də xəstənin ayağında quruluşunda anatomik dəyişiklik, xüsusilə, yastı pəncəsi olan xəstələrdə də bu problem ola bilər. O xəstələrə silikon dabanlıqdan ziyadə daha çox ayaqqabı içinə qoyulacaq “sopinator” dediyimiz ayaqqabı içlikləri tövsiyə edilə bilər”.

Həkim-terapevt bildirdi ki, bu müalicədə fizioterapevtik prosedurlara üstünlük verilə bilər:

““Shockwave Therapy” dediyimiz dalğa terapiyası müalicəsi şikayətlərə müsbət təsir göstərə bilər. Eyni zamanda ayağın iltihablanmış bölgəsinə “steroid inyeskiya” dediyimiz və ya yeni texnologiya ilə “PRP” dediyimiz “platelet-rich-plasma” inyeksiyalarından xəstələr fayda görə bilər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir