SALAT

“Nağıl”ı belə gerçəkləşdirin – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 455

Ənənəvi olaraq “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında müxtəlif yemək reseptləri ilə tanış olursunuz.  Bu dəfə də oxucularımızı mətbəximizə dəvət etmişik. Bu dəfə sizi “Nağıl” salatının necə hazırlanması ilə tanış edəcəyik.

 

Tərkibi:

Kərpic şörəyinin 9 dilimi, 300 qram toyuğun döş əti, 1 ədəd alma, 120 qram holland pendiri, 2 ədəd yumurta, 5-6 ədəd qoz, 2 dolu xörək qaşığı xama, 2 dolu xörək qaşığı mayonez, duz, qara istiot. Bəzəyi üçün 2 ədəd yumurta, 2 dolu xörək qaşığı xama, 1 xörək qaşığı mayonez, 5-6 tel göy soğan, 1 ədəd pomidor

 

Hazırlanması:

Salatı hazırlayacağımız qaba almanı soyub sürtgəcdən keçiririk. İçərisinə holland pendirini, yumurtanı və qozu sürtgəcdən keçirib əlavə edirik. Toyuğu xırda-xırda doğrayıb əlavə edirik. Duz, istiot töküb qarışdırırıq. Mayonezlə xamanı birlikdə qarışdırıb, onu da qarışığa əlavə edirik. Bir siniyə dördkünc doğranmış çörəklərin qıraq hissəsini kəsib düzürük və üzərinə salatı əlavə edirik. 3 qat eyni ilə çörəyi və üzərinə salatı qoyuruq. Kənarlarına və üstünə mayonez çəkirik. Yumurtanın sarısını sürtgəcdən keçirib, içərisinə göy soğan doğrayıb qarışdırırıq. Onunla salatın kənarlarını bəzəyirik. Digər qaba isə yumurtanın ağını sürgəcdən keçirib salatın üzərini yumurtanın ağı ilə bəzəyin, sonra pomidoru gül formasında kəsib əlavə edirik. Salatı 4-5 saat soyuducuda saxlayıb süfrəyə verə bilərsiniz.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir