Nanənin faydalarını nə qədər sadalasaq azdır. Bəs mürəbbəsini dadmısınız?
“Gencaile.az” dadlı və faydalı nanə mürəbbəsinin reseptini təqdim edir.
250 qram nanə yarpaqlarına 1 kq şəkər tozu, 2 ədəd limon və yarım litr su istifadə olunacaq.
Yarpaqları təmizləyib yuduqdan sonra qurudun. Sonra xırda doğrayın. Limonu da qabıqları ilə birgə doğrayın. Üzərinə su əlavə edib 10 dəqiqə qaynadın. Sonra 1 sutka ərzində gözlədin. Ərzaqları sıxıb üzərinə su və şəkər tozu səpib hazır olanadək qaynadın. Bankalara töküb bağlayın.