NANE YAGI

Nanə yağının heç yerdə rast gəlməyəcəyiniz İNANILMAZ FAYDALARI

Baxış sayı: 998

Mətbəxdə tez-tez istifadə etdiyimiz gözəl qoxulu nanə aromatik yağ olaraq bir çox faydalı effektlərə sahibdir.

Nanə yağı nanə (mentha) bitkisinin yarpaqlarından distillə üsulu ilə əldə edilən aromatik (uçucu) yağdır. Nanə yarpaqlarının tərkibində bol miqdarda mentol var. Su buxarı distillə ediləndə aktiv maddələr intensiv şəkildə çıxarılan yağa keçir. Qədim Uzaq Şərq tibbində tez-tez istifadə edilən nanə yağının yunan və Misir qaynaqlarında da adı keçir.

 

Nanə yağının istifadə formaları:

Buxarda: suyun daim isti qalmasını, beləliklə, içindəki aromatik yağların havaya yayılmasını təmin edən sistemə sahib buxar üsulu aromatik yağlardan istifadənin ən effektiv yollarından biridir. Buxarın içinə 2-3 damla nanə yağı damlatmaq tənəffüs yolları narahatlığı, ürəkbulanma, yorğunluq və diqqətsizlik kimi vəziyyətlərlə mübarizə aparır.

Yemək-içməklərdə: nanə yağı ağız yolu ilə istifadə oluna bilən yağlardandır. Quru və ya təzə nanə əlavə edə biləcəyiniz hər yeməyə və içkiyə 1-2 damla nanə yağı damlada bilərsiniz.

Birbaşa dəriyə: badam, küncüt, kokos və ya zeytun yağının içinə bir neçə damla nanə yağı qarışdıraraq ağrıkəsici, qaşıntını sakitləşdirən və dərini qidalandıran masaj yağı düzəldə bilərsiniz.

 

Ağrılar üçün nanə yağı

Nanə yağının içərisindəki aktiv maddələr ağrıkəsici, spazmı aradan qaldıran və əzələləri rahatladan xüsusiyyətləri təmin edir. Eyni zamanda nanə yağının sərinləşdirən və canlandıran funksiyaları mövcuddur. Xüsusilə, gərginlik tipli baş ağrısı üçün nanə yağı olduqca effektivdir. Ağrıyanda bir neçə damla nanə yağı ilə baş və boyun bölgəsinə xəfif masaj tətbiq etmək ağrının azalmasına yardımçı olacaq.

Aparılan araşdırmalardan biri nanə yağının xaricə tətbiqinin fibromialji və miofasial ağrı vəziyyətlərində daha effektiv olacağını təsdiq edib. Eynilə evkalipt, kapsaisin kimi nanə də analgetik təsir bağışlayaraq ağrıların dindirilməsini asanlaşdırır.

 

1 -Ağrılar üçün nanə yağı necə istifadə olunur?

Təbii bir sabit yağın (kokos, küncüt və zeytun yağı) içinə 2-3 damla nanə yağı damladaraq dəri üzərində masaj etmək daha uyğundur. Diqqət yetirilməsi lazım olan nöqtə qarışığın yandırıcı olması və gözlərə, ağız-burun ətrafına təmas etdirilməməsidir. Allergik reaksiyalara qarşı tədbir görmək üçün əvvəlcə kiçik miqdarda yağın bilək və ya dirsəkdə sınaqdan keçirilməsi vacibdir. Əlavə olaraq, vanna suyuna 5-6 damla nanə yağı damlatmaq da ağrıların azaldılmasına yardımçı olur.

 

2- Soyuqdəymə və tənəffüs yolları üçün nanə yağı

Nanə yağını qoxlamaq sinusların açılmasını və qıcıqlanan boğaz bölgəsinin rahatlamasını asanlaşdırır. İçərisindəki antimikrobial effektli və viruslara qarşı çalışan aktiv maddələr sayəsində tənıffüs yollarını da təmizləyər və rahatlaşdırar. Soyuqdəymə və bənzər xəstəliklərlə əlaqədar burun tıxanması, öskürək kimi narahatlıqlarda nanə yağını isti suya damladarak buxarını qoxlamaqk, ya da birbaşa yağın özünü müəyyən fasilələrlə qoxlamaq effektiv olacaq.

 

3- Mövsümi allergiyalar üçün nanə yağı

Nanə yağı eynilə soyuqdəymədə olduğu kimi mövsümi allergiyalarla əlaqədar tənəffüs yollarında yaranan problemlərə də köməkçi olur. Burun yollarının təmizlənməsinə yardımçı olduğu üçün mövsümi allergiyalar səbəbilə ortaya çıxan burun tıxanması, daimi asqırmaq, tənıəfüs çatışmazlığı kimi narahatlıqları yüngülləşdirir. “Avropa Tibbi Araşdırmalar Jurnalı”nda yayımlanan bir araşdırmaya görə, nanənin tərkibindəki mentolun xroniki iltihabla ortaya çıxan allergik rinit, kolit və bronxial astma kimi xəstəliklərdə də şəfa təsiri vardır. Buxar üsulu ilə mövsümi allergiyalara qarşı nanə yağını etibarlı şəkildə istifadə edə bilərsiniz.

 

4- Enerji və idman performansını artırmaq üçün nanə yağı

Təhlükəli enerji içkilərinin əvəzinə nanə yağı ilə enerjinizi artırmaq mümkündür. Nanə yağı qoxlananda həm yaddaş, həm də konsentrasiyaya təsir edərək zehni gücləndirir və fiziki performansı artırmağa kömək edir. “Avicenna Journal of Phytomedicine” jurnalında yayımlanan araşdırmaya görə, məşqdən əvvəl nanə yağı qoxlamaq, hava yollarını açaraq daha effektiv nəfəs almağa kömək edir və bu da performansı artırır. Eyni zamanda daha yaxşı nəfəs almaq qan dövranını tənzimləyərək konsentrasiyanı artıra bilər. Enerji səviyyəsini artırmaq üçün 1-2 damla nanə yağını bir stəkan suya qarışdırıb içmək lazımdır və ya 2-3 damla yağ baş və boyun nahiyəsinə lokal olaraq tətbiq edilə bilər.

 

5- Aqressiv Bağırsaq Sindromu (IBS) üçün nanə yağı

Nanə yağı əzələlərdə rahatlaşdırıcı təsiri ilə bağırsaqdakı qaz və spazm problemlərinin azaldılmasında faydalıdır. Nanə yağının qarın ağrısı, ishal və ya qəbizlik kimi xəstəliklərdə, xüsusən, çox yayılmış Aqressiv Bağırsaq Sindromu (IBS) vəziyyətində təsirli olduğunu göstərən araşdırmalar da var. Bir stəkan suya 1-2 damla yağ atıla və ya bir kapsul şəklində nanə yağı qəbul edilə bilər.

 

6- Ağız boşluğu sağlamlığı üçün nanə yağı

Minillərdir ki, nanə ağız və dişlərimizin ən yaxşı dostu kimi tanınır. Nanə bitkisinin aktiv maddələri bakteriya və göbələk hüceyrələrinin azalmasına da kömək etdiyindən ağızdakı və dişlərdəki problemlərin əksəriyyətinə müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, nanə yağının “Staphylococcus aureus”, “Enterococcus fecalis”, “Escherichia coli” və “Candida albicans” kimi ağız boşluğuna təsir edən patogenlər üzərində antimikrobial təsiri var. Evdə hazırladığınız qarqara suyuna bir neçə damla nanə yağı əlavə edərək və ya su içmədən əvvəl dilinizin altına bir damla nanə yağı damladaraq ağız sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.

 

7- Saça qulluq üçün nanə yağı

Nanə yarpaqlarında olan mentol saça qulluq məhsulları və şampunlarda, eyni zamanda, bir çox kosmetik məhsullarda istifadə olunur. Saçları gücləndirir və antiseptik xüsusiyyəti ilə saçlarda kəpək əmələ gəlməsinin qarşısını alır. Heyvanlar üzərində aparılan bir araşdırmada mütəmadi olaraq dəriyə tətbiq olunan nanə yağının saç hüceyrələrinin güclənməsinə və sürətli böyüməsinə müsbət təsir göstərdiyi sübut edilib. Şampununuza və ya kondisionerinizə 2-3 damla nanə yağı damlada, su ilə doldurulmuş bir şüşəyə 5-10 damla nanə yağı tökə, saçınıza çiləyə və ya 2-3 damla nanə yağı ilə baş dərinizə masaj edə bilərsiniz.

 

8- Qaşıntı üçün nanə yağı

Nanə yağı müxtəlif səbəblərdən dəri üzərində yaranan qaşıntının aradan qaldırılmasında da faydalıdır. Nanə yağının müntəzəm tətbiq edilməsinin daimi qaşınmaya səbəb olan bir vəziyyət yaşayan hamilə qadınlar üzərində aparılan bir araşdırmada effektiv olduğu sübut edilib. Təcrübəsiz həssas dəridə istifadə olunmamalıdır. Dərinizin həssaslığını tarazlaşdırmaq üçün nanə yağını sabit bir yağla qarışdırmaq da olar. Hamam suyuna 5-10 damcı nanə yağı əlavə etmək də qaşınma şikayətlərini aradan qaldırmaqda təsirli olacaq. Lavanda yağı ilə qarışdırıldıqda onun rahatlaşdırıcı təsirini artırmaq mümkündür.

 

9- Böcəkləri uzaqlaşdırmaq üçün nanə yağı

Qarışqa, hörümçək, qırxayaq, ağcaqanad, siçan və hətta bitlər nanə qoxusunu sevmir. Dəriyə birbaşa tətbiq etmək zərərvericilərin sizə yaxınlaşmasının qarşısını alacaq. Nanə yağını spreyli bir qutuda suya qarışdırıb olduğunuz yerə çiləyərək böcəkləri də uzaqlaşdıra bilərsiniz.

 

10- Ürəkbulanma üçün nanə yağı

Nanə yağı iyləmək müxtəlif səbəblərdən yaranan bulantı üçün çox təsirli bir həlldir. Nanə yağı hamiləlik zamanı ürəkbulanmaya qarşı da təhlükəsiz istifadə edilə bilər.

 

11- Günəş yanığı üçün nanə yağı

Nanə yağının dəriyə təsiri Günəş yanığına da aiddir. Tədqiqatlar göstərir ki, aromatik yağlar arasında nanə yağı Günəşdən qorunmaq və Günəşin dəri üzərindəki zərərli təsirlərini azaltmaq üçün ən əlverişlidir. Dəriyə içində 2-3 damcı nanə yağı olan yarım çay qaşığı kokos yağı sürmək həm Günəşdən qoruyucu kimi istifadə edilə bilər, həm də Günəşdə yandırılmış dərini rahatlaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir