nar salati

Nar salatını necə hazırlamalı?

Baxış sayı: 1. 128

Vaxtaşırı oxucularını müxtəlif mətbəx nümunələri ilə tanış edən “Gencaile.az” saytı bu dəfə oxucularına nar salatının hazırlanma qaydasını təqdim edir.

 

Tərkibi:

1 ədəd böyük nar, 150 qram toyuğun döş əti, 2 balaca kartof, 2 çuğundur, 2 balaca kök, 2 yumurta, Xama 300 milli qram.

 

Hazırlanması:

Əvvəlcə toyuğun döş ətini, kartofu, çuğunduru, kökü və yumurtanı ayrılıqda bişiririk. Bir gün soyuducuda saxlayırıq. Bütün ərzaqları sürtgəcdən keçiririk. Salatı hazırlayacağımız qabın mərkəzinə stəkan qoyub, ərzaqları düzürük. Birinci qata kartof düzür, üzərinə mayonez çəkib, yumurta və kökü əlavə edirik. Toyuğun döş ətini və çuğunduru əlavə edib, duz tökürük. İkinci qata da kartof vururuq, üzərinə mayonez çəkib yumurtanı, kökü, toyuğun döş ətini və çuğunduru əlavə edib, duz, istiot tökürük. Üzərini və kənarlarını naz dənələri ilə bəzəyirik. Sonra servis edirik.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir