KEKS

Necə edək ki, qabaran keks çökməsin? – TÖVSİYƏ

Baxış sayı: 1. 805

Keks hər nə qədər asan və qısa zamanda hazırlanan bir ləzzətli qida olaraq bilinsə də, nəticəsi həmişə uğurlu alınmaya bilər. Sobadaykən yaxşı köpmüş və möhtəşəm görünən keksinizə yenidən açıb baxarkən çökə bilər. Ancaq asan yollarla əhvalınızı korlayan bu halın qarşısını ala bilərsiniz. Ləzzətli və yaxşı köpən kekslər bişirmək istəyirsinizsə, “Gencaile.az”-ın məsləhətinə əməl edin.

keks

Keksinizi sobadan çökmüş şəkildə çıxartmaq istəmirsinizsə, keks bişirərkən yumurtanın ağını ayırın. İstifadə edəcəyiniz şəkər tozunun yarısını köpüklənənə qədər yumurtanın  ağı ilə çalın. Qalan yarısını isə sarısı ilə çalın. Köpük halındakı yumurtanı bütün ərzaqları əlavə etdikdən sonra qarışdıraraq qaba tökün.

Hazırladığınız keks xəmirini qaba töküb, sobaya qoymazdan əvvəl təxminən 20 dəqiqə kənarda saxlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir