sevgi

Necə evlənməli: hiss, yoxsa məntiq?

Baxış sayı: 1. 246

Evlənmək üçün hisslər nə qədər vacibdirsə, məntiq də bir o qədər vacibdir. Elə isə bu məsələni yaş dövrlərinə görə nəzərdən keçirək:

13-20 yaş: Bu yaş dövründə hisslər daha çox üstünlük təşkil edir. Ona görə də bu dövrdə ciddi münasibətlərdən danışmaq və ya evlilik barədə düşünmək çox tezdir. Çünkü tərəflər bir-birilərini olduqları kimi görə bilmirlər. Bu yaş dövründə aşiq olanlar və evlənmək barədə qərar qəbul edənlər çox vaxt xoşbəxt olmurlar. Və ya başqa sözlə, ilk baxışda qüsursuz görünən bu münasibətlər istər gənclər, istərsə də ailələri üçün sonu o qədər də xoş olmayan hadisələrə gətirib çıxarır. Ona görə də, əgər bu yaş dövründəsinizsə, ən yaxşısı təhsilinizlə və öz qabiliyyətlərinizi inkişaf etdirməklə maraqlanın. Digər işlər barədə isə vaxtı çatanda düşünün.

21-32 yaş: Bu yaş dövründə hisslər də, məntiq də eyni səviyyədə özünü göstərir. Məsələn, kimisə çox bəyənə, ancaq onun həyat tərzi ilə özünüz arasındakı fərqi görərək “Yox, deyəsən səhv edirəm”, – deyə bilərsiniz. Buna görə də evlilik barədə qərar qəbul etmək üçün ən yaxşı vaxt bu yaş dövrünün ortası, yəni 24-29 yaşdır.

33 yaş və yuxarı: Bu yaş dövründə məntiq ön, hisslər isə arxa plandadır. Ona görə də bu dövrdə tərəflərin bir-birilərinə qarşı çox obyektiv olması, bütün qüsurlarını görməsi və qarşı tərəfə hissləri ilə bağlanmaqda çətinlik çəkməsi təbiidir. Əgər bu yaşa qədər evlənməmisinizsə, tələsin. Çünki hər keçən gün sizin emosionallığınızdan bir şey aparacaq və siz vaxt keçdikcə çox məntiqli düşünən bir insana çevriləcəksiniz. Halbuki evlilik yalnız məntiqlə mümkün olan bir iş deyil.

sevgi

Bəs elə isə hiss, yoxsa məntiq?

Ümumiyyətlə, insanlar ömrü boyu həyatda hiss və məntiq arasındakı tarazlığı qorumağa çalışırlar. Bu baxımdan, əlbəttə ki, yuxarıda göstərilən yaşların heç biri konkret deyil. Ancaq bununla yanaşı aşağıdakı hiss-məntiq silsiləsini də nəzərə almamaq olmaz:

1-12 yaş: İntensiv emosional dövr,

13-20 yaş: Emosional dövr,

21-32 yaş: Hiss-məntiq dövrü,

33-50 yaş: Məntiq dövrü,

50 yaş və yuxarı: Məntiq dövründän emosional dövrə keçid.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir