Perfect-Customer

Necə uğurlu satıcı olmaq olar?

Baxış sayı: 2. 207

Uğurlu bir satıcı necə olmalıdır? Hər biriniz beyninizdə bir profil çizdiniz. Amma bir də deyim ki, səbirli, gülərüzlü, xarici görünüşünə əhəmiyyət verən, çalışqan, məhsulunu yaxşı tanıyan və bədən dilindən yaxşı istifadə edən biri olmalıdır. Təbii ki, bu saydıqlarım az bir qismidir, əminəm ki, siz bunlara daha çoxunu artıra bilərsiniz. İş həyatında belə bir qanun vardır. Satıcı insan sərrafıdır. Quyruqlu yalan! Bu təhlükəli bir inancdır.Müştərini gördüyünüzdə bu müştəri  “alıcı”dırmı, “pullu” ya da “pulsuz”mu kimi düşüncələr sizi ön mühakiməyə sürükləyir. Müştərini başa düşmək onu yaxşı dinləməkdən və düzgün suallar verərək ehtiyaclarını təyin etməkdən keçər.

Satıcılar psixoloq deyil, bunu ağlınızdan çıxarın. Müştərinizə satış etmək onun bütün ruh halını bilməyiniz lazım olduğu anlamına gəlmir. Sadəcə o andakı ruh halını bilməyiniz (əsəbi, yorğun və ya sevincli) bəsdir. Bunu üçün də psixoloq olmağınıza ehtiyac yoxdur. Bəs yuxarıda saydığımız bu xüsusiyyətlər necə qazanılır?
1.İşlədiyiniz firmada aldığınız təlimlərlə
2.İş görərkən öyrənmək
3.Məhsullarınızı incəliyərək
4.Oxuyaraq
5.Bazarı araşdıraraq
Siz də qeyd etdiyimiz məsləhətləri diqqətə alın, uğurlu satıcılar sırasına qoşulun.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir