ABŞ-dakı Boston Universitetinin elm adamları 376 nənə və baba ilə 340 nəvənin ruh sağlamlığı üzərində təxminən 20 il araşdırma çalışması aparıblar.
İştirakçılar, ev işlərində bir-birlərinə nə qədər kömək etdikləri, həkimə ya da alverə nə sıxlıqla getdikləri kimi sualların olduğu anketləri doldurublar. İştirakçıların kədər, iştahda azalma kimi depressiya əlamətləri də araşdırılıb.
Bir-birinə yaxın olan nəsillərin daha az depressiya əlaməti göstərdiyi ortaya çıxıb. Araşdırmaçılar yaxın əlaqənin yanında nənə və babalar üçün qarşılıqlı köməyin də əhəmiyyətli olduğunu vurğulayıblar. Böyüklər, böyüsələr də nəvələrinə kömək etməyə ümid etdiklərini ifadə ediblər.
Elm adamları yalnız nəvələrindən kömək görən böyüklərdə depressiya əlamətlərinin artdığına diqqət çəkiblər.