Nənə-babayla birlikdə uşaq böyüdən valideynlər hansı çətinliklərlə üzləşirlər?

Baxış sayı: 1. 488

Məlumdur ki, nənə-babaların yetişdirmə tərzlərində ciddi fərqliliklər olur. Nənə-babanın uşağın inkişafındakı rolu çox böyükdür. Hal-hazırda ailə köklərinin önəmi azalmağa başlamasınin mənfi təsirləri var, halbuki nənə-babanın olduğu evlərdə uşaq hörmət, mərhəmət, əxlaqı və s. daha doğru öyrənmiş olur. Və nənə-baba uşağın emosional, intellektual baxımdan daha yaxşı böyüməsində yardımçı olurlar. Valideynlərinin daima yanında dəstəkləyici təcrübəni görmək uşaqlarda güvən hissini artırır.

Müasir dövrdə valideynlərin əksəriyyəti iş həyatında olduqları üçün uşaqların tərbiyəsinin çox hissəsi nənə-babalara düşür. Bu halda qaydaların olmaması, oyunların bolluğunun çoxluq təşkil etməsi onlarn emosional əlaqələrini artırır. Bu əlaqənin güclü olmasının digər səbəbi də həm uşaq, həm nənə-baba tez inciyən, emosional, qayğıya ehtiyac içərisində olurlar. Uşaqların sonsuz istəklərinin gerçəkləşməsi onların bağlılıqlarını daha da artırır. Uşağın istəklərinin heç bir suala, izaha əsaslanmadan yerinə yetirmək uşağı kaprizli və məsuliyyətsiz bir şəxsiyyət kimi yetişdirməyə başladığınızın göstəricisidir. Və nənə-babanın ailəyə və onların yetişdirmə tərzlərinə müdaxilələri valideynlərin uşağın üzərindəki təsirini azaldır. Daha çox da hər istəyinə”hə” deyə dəstək görən uşaqlar istəklərini artırmağa başlayırlar.

Bu da zamanla onların nənə-baba yanlarında daha sərbəst hərəkətlər etməsinə gətirib çıxarır. Valideynlər böyüklərini incitməmək üçün cəhd etdikcə nənə-baba da “yox”ların hamısını “həyə” çevirməkdə davam edirlər. Və uşaq anasından,atasından yox cavabı aldıqca hər şey üçün nənə-babanın yanına “qaçmağa” başlayırlar.  Bu da intizamın olmamasına və uşağın özünə olan güvən hissinin azalmasına səbəb olur.

Ən çox şikayətlər bu üzrədir, “işlədiyimdən uşaqlarıma qayınanam və ya anam baxır. Diqqət etdikdə görürəm ki qayınanam (anam) sanki öz uşağına baxır. Bunu qayınanamla (anamla) paylaşdıqda, doğru olmadığını da dedikdə inciməyə başlayır. Baba isə daha çox qoruyucu davranır. Mən onların arasında qalmaqdan yoruluram, çünki mənim yetişdirmə tərzim onları qane etmir.  Və evdə də bununla bağlı mübahisələr çoxalır və heç cür çıxış yolu tapa bilmirəm”.

Ümumiyyətlə, valideynlərin uşağa qayğı göstərməsiylə, nənə-babanın qayğı göstərməsi eyni deyil. Bu fərqlilik yaşdan, təcrübədən, təhsil və mədəniyyət fərqindən ortaya çıxa bilər. Valideynlərin uşaqlarına qoymaq istədikləri qaydaları tənqid edərək qarşı çıxmağa çalışan nənə-babalar nəvələrinin gözündə valideynlərinin avtoritarlığının zəifləməsinə səbəb olurlar.

İntizam mövzusunda fərqli düşüncələrin olduğu ailə şəraitlərində uşaqların yetişdirilməsi evdəki şəxslər arasındakı ünsiyyəti günü-gündən gərginləşdirir. Halbuki nəvələr nənə-babalarından aldığı sevgi və qayğı ilə böyüməlidirlər.

Öz uşaqlarını çox ciddi intizamla yetişdirmiş olan nənə-babalar nəvələrinə qarşı bu münasibəti sərgiləmirlər. Nəvələrini kaprizli böyütmələri də valideynləri daha sərt cəza və qaydalara əl atmağa sövq edir. Bu da valideyn-uşaq münasibətini daha da korlayır. Düşünün ki, bir davranışın nənə-baba yanında mükafatlandırılması, valideyn tərəfindən cəzalandırılması uşağın nəyi necə edim düşüncəsinə sövq edir. Və bu da uşaqlarda diqqət çəkmək üçün hamının yanında onlara uyğun davranmağa sövq etdirəcək və bəzən də zamanla aqressivləşməyə başlayacaqdır. Və ya görəsən nə edim anamın cəzasından azad olum düşüncəsiylə yalana başlamış olur və s.

Nənə-babayla birlikdə uşaq böyüdən valideynlərə düşən ən vacib iş onlarla münasibətini pozmadan, ya da onların inciməməsini gözləyərək, övladınızın da bu olacaqlardan təsirlənməsindən qoruyaraq xoşbəxt ola bilməkdir. Və bu halda valideynlər nənə-babalarla uşağı dövrün reallıqlarına uyğun yetişdirməyin vacib olması haqqında söhbət etməlidir.

Uşağın yaxşını, pisi, doğrunu, yanlışı anlaya bilməsi üçün istiqamətləndirilməyə ehtiyacı var. Eyni anda bir neçə şəxsin istiqamətləndirməsi, yəni nənə və babanın başqa doğruları, ana-atanın da başqa doğruları göstərməsinin nəticəsində uşaq doğrunun nə olduğunu bilmədən yetişir. Bu halın ən çox görülən nümunəsi, uşağın yanlış davranışlarını düzəltməyə çalışan ana-ataya “mənim nəvəmə kimsə nəsə deyə bilməz” və s. deyən nənə-babaların bir müddət sonra nəvələrin əlində “oyuncağa” çevrilməsidir.

Nəvələrinə baxmaq lazım olduqda nənə-babalara izah ediləcək ən doğru mesaj: siz övladlarınızı yetişdirərək ana-atalıq məsuliyyətlərinizi həyata keçirdiniz, həm də çox yaxşı şəkildə. Nəvələrinizin ana-atası olmağa çalışmayın. Onlaraq qulluq etmək məcburiyyətində qaldıqda onların uyması olacaqları qaydaların valideynlərin tərəfindən verilənin olduğunu unutmayın. Yəni öz övladlarınıza icazə verin ki onlar valideynliklərini yaşaya bilsinlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir